ABŞ Cənubi Qafqaz siyasətində balansı saxlayır...

17-11-2022, 08:38           
ABŞ Cənubi Qafqaz siyasətində balansı saxlayır...
ABŞ dövlət katibi Entoni Blinken İrəvana zənginin sabahısı Bakıya da zəng edir və tərsinə. Blinken dünən Ermənistanın baş naziri Nikol Paşinyanla, bu gün isə Azərbaycan prezidenti ilə telefonla danışıb. Blinken Fransa prezidenti Emmanuel Makrondan fərqli olaraq tərəfsizliyini pozmur, çünki balansı ermənilərin xeyrinə pozsa rəsmi Bakı Vaşinqtonun vasitəçiliyinə ehtiyac duymayacaq. Bu isə ABŞ-ın regional maraqlarına ziddir. Vaşinqton Cənubi Qafqazda Kremllə rəqabət aparmaq istəyirsə, bölgə ölkələrinin tamamı ilə yaxşı əlaqələrə malik olmalıdır. Paris isə Ermənistanı və Qarabağ separatçılarını seçib. Ona görə də ABŞ-dan fərqli olaraq Fransanın ermənipərəst mövqeyini davam etdirdiyi indiki mərhələdə Cənubi Qafqazda mövqelərini möhkəmləndirməsi mümkün olmayacaq.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru