“AZAL” da korrupsiya yoxlamaları ilə bağlı RƏSMİ AÇIQLAMA

17-11-2022, 16:56           
“AZAL” da korrupsiya yoxlamaları ilə bağlı RƏSMİ AÇIQLAMA
İki gün əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən xüsusi yoxlama qrupunun Azərbaycan Hava Yolları Dövlət Konserndə (AZAL) yoxlamalara başladığı barədə məlumatlar yayılmışdı.

Məlumata görə, son bir neçə ili əhatə edən kompleks yoxlamanın 2 ay çəkəcəyi proqnazlaşdırılır. Hətta Cahangir Əsgərovun işindən kənarlaşdırılacağı da iddia edilmişdi.

TEREF.AZ bildirir ki, “AZAL” dakı yoxlamalarla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bizim.Media-ya açıqlama verib:

“Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yoxlamaların aparılması ilə bağlı mediada yayılan məlumatlarla əlaqədar bildiririk ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən AZAL-da hansısa yoxlama aparılmır. Bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın Müşahidə Şurasının rəhbəridir. Bu yaxınlarda AZAL-a yeni birinci vitse-prezident təyinatı da olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru