Stiv Cobsun memuarları ölümündən 11 il sonra nəşr olunacaq - FOTO

3-04-2023, 12:04           
Stiv Cobsun memuarları ölümündən 11 il sonra nəşr olunacaq - FOTO
Stiv Cobsun fikir və mülahizələrindən ibarət “Make Something Wonderful: Steve Jobs in his own words” kitabı aprelin 11-dən etibarən onlayn olaraq pulsuz satılacaq.

Kitab mərhum iş adamının ailə üzvləri, dostları və həmkarları tərəfindən tərtib edilib.

Buraya qeydlər, qaralamalar, məktub və çıxışlardan parçalar, müsahibələr, fotoşəkillər və xatirələr daxildir. Kitab Stiv Cobsun Arxivi tərəfindən nəşr olunacaq.

Kitabın boz və ağ rənglərin üstünlük təşkil etdiyi minimalist dizaynı “Apple”ın keçmiş baş dizayneri Coni Ayvın “LoveFrom” firması tərəfindən hazırlanıb. Kitabın çap nüsxələri “Apple” və “Disney” işçilərinə veriləcək, lakin geniş ictimaiyyət üçün satışa çıxarılmayacaq. Kitabı onlayn fotmatda “Apple Books” və “Steve Jobs Arxive”dən əldə etmək mümkün olacaq.

Mənbə: ferra.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.