Uzunömürlülüyün yeni sirri tapıldı

3-04-2023, 12:34           
Uzunömürlülüyün yeni sirri tapıldı
Boston Universitetinin alimləri uzunömürlü insanların müstəsna yaşa çatmalarına kömək edən unikal immunitetə ​​malik olduqlarını aşkar ediblər.

Məlumata görə, onların immun sistemləri qoca yaşlarında da funksional olaraq qalır.

Tədqiqatçılar 100 yaşdan yuxarı yeddi nəfər üzərində araşdırma aparıblar. Onların təhlili əvvəlki yaşlanma tədqiqatlarında aparılan müşahidələri təsdiqləyib.
Alimlər izah ediblər ki, insanlar virus xəstəliklərinə məruz qaldıqda və sağaldıqda, onların immun sistemi həmin viruslara uyğunlaşmağı öyrənir, lakin yaşla bu reaksiya qabiliyyəti azalır. Uzunömürlü insanlarda isə orqanizmin sözügedən funksiyası hətta ən yaşlı vaxtlarda belə yaxşı işləyir.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru