Fazil Mustafaya hücumu “Qaraköynəklilər” təşkil edib - MƏNBƏ

3-04-2023, 15:49           
Fazil Mustafaya hücumu “Qaraköynəklilər” təşkil edib - MƏNBƏ
Millət vəkili Fazil Mustafaya qarşı terror aktı İranın Azərbaycanda yaratdığı şəbəkə vasitəsilə həyata keçirilib.

TEREF.AZ xəbər verir ki, bu barədə “Haqqın.az” hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

“Bu məqsədlə siyasi şiəlik düşərgəsinin fəallarından biri olan Azər Səricanov Azərbaycanda “Qaraköynəklilər” dəstəsi yaradıb. Törədilmiş cinayətin xarakteri, iştirakçıların şəxsiyyəti, istifadə etdiyi üsullar, eləcə də Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyat məlumatları bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusunun dayandığına dair əsaslı şübhələri gücləndirir”, - məlumatda deyilir.

Qeyd olunur ki, Fazil Mustafaya silahlı hücumdan əvvəl Azərbaycanın İrandakı səfirliyinə terror aktı törədilib:

“Azərbaycan hökuməti və ictimaiyyəti İranın hərəkətlərini Azərbaycana qarşı terror üsulları seçmiş bu ölkənin erməni xüsusi xidmət orqanlarının və millətçi dairələrinin fəaliyyət metodları ilə eyniləşdirir. Hüquq-mühafizə orqanları “Qaraköynəklilər” şəbəkəsinin bütün üzvlərinin müəyyən edilməsi istiqamətində fəal iş aparır. Qeyri-qanuni təşkilata qoşulan Azərbaycan vətəndaşları qanun çərçivəsində maksimum cəza alacaqlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru