Yolların yağış sularından təmizlənməsinin “kreativ” yolu: Piyada palçıqda getsə də, olar - VİDEO

3-04-2023, 16:25           
Yolların yağış sularından təmizlənməsinin “kreativ” yolu:
Ötən gün yağışlı hava şəraiti avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradıb.

Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, yağış sularının yollarda, küçələrdə yaratdığı gölməçələr avtomobillərlə yanaşı, piyadaların da hərəkətinə ciddi maneələr törədib.

Paylaşımlarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) xidməti avtomobilinin avtomobil yolundakı çirkli yağış sularını yol kənarına, piyada səkilərinə sıçratması ciddi narazılıq doğurub.

Piyada yollarını palçıq etmək nə dərəcə düzgündür?

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən vəziyyət Bakı-Şamaxı magistral avtomobil yolunda olub:

“Normadan artıq yağış yağdığı üçün yol kənarında olan xüsusi kanallar eyni anda bu qədər suyu axıda bilmədiyindən yolun hərəkət hissəsinə su yığılıb. Bu isə magistral yolda hərəkəti çətinləşdirib. Əraziyə xüsusi nasosla təchiz edilmiş maşın göndərilib və suyun kənara vurulmasına başlanılıb. Bundan başqa, magistral yolda hərəkəti bərpa etmək üçün piyada yolu nəzarətə götürülərək belə bir üsuldan da istifadə olunub”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.