Şəfiqə Məmmədova qurultaysız sədr oldu: "Bir şey demədilər" - Ayaz Salayev
3-04-2023, 19:57
Dekabr ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri aktrisa Şəfiqə Məmmədovanın yenidən bu vəzifəyə seçilməsi müzakirələrə səbəb olmuşdu.
TEREF.AZ xatırladır ki, ittifaqın bir neçə üzvü aktrisanın ittifaqın nizamnaməsinə uyğun olmayan, qanunsuz şəkildə seçki keçirdiyini və özünü sədr elan etdiyini iddia etmişdi. Qanunsuz seçkiyə etiraz olaraq, ARKİ-nin üzvlüyündən 20-ə yaxın mədəniyyət və incəsənət xadimi istefa vermişdi.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) katibi Ayaz Salayev saytımıza açıqlamasında seçkinin keçirilmədiyini bildirərək, qurultay keçirilməsini təklif etmişdi.
İttifaqdan bir neçə mədəniyyət və incəsənət adamının istefa verməsinə baxmayaraq, sədr seçilməsi üçün yenidən seçkinin təşkil olunmasına dair məlumat verilmədi.
ARKİ-nin katibi, kinorejissor Ayaz Salayevlə əlaqə saxlayıb, təklifinin necə dəyərləndirildiyini öyrəndik.
Kinorejissor Cebhe.info-ya açıqlamasında qurultay barədə məlumatsız olduğunu bildirdi:
“Mənə heç nə demədilər. Orada katib çoxdur, maaş almıram, bir şey etmirəm. Qurultay barədə xəbər yoxdur, bir şey demədilər”.