Keyfiyyətsiz ayaqqabılar həm xərçəng, həm də göbələk təhlükəsini ortaya çıxarır.
Bakupost.az mütəxəssislərin ayaqqabılarla bağlı xəbərdarlıqlarını təqdim edir:
Keyfiyyətsiz ayaqqabılarda tərə səbəb olan nəfəs almayan məhsullardan istifadə edilir. Bu, ayaq göbələyi, xərçəng kimi problemlər yaradır. Aşağı keyfiyyətli materiallardan hazırlandığı üçün bu ayaqqabıların dayanıqlığı azdır, sağlamlığı riskə atır. Keyfiyyətsizayaqqabıların istehsalında istifadə olunan materiallar çox vaxt standartlara uyğun olmadığı üçün dəridə qıcıqlanma, allergiya və ya digər sağlamlıq problemlərinə səbəb ola bilər. Bu ayaqqabılar tez cırılır, altlığı sürüşür, yıxılma kimi qəzalara səbəb ola bilər.
Həmçinin, saxta məhsulların marketinqi orijinal istehsalçılara və pərakəndə satışçılara iqtisadi cəhətdən mənfi təsir göstərə bilər. Orijinal istehsalçılar saxta məhsulların satışı nəticəsində yaranan itkilərlə mübarizə aparrlar.