Az yeyib kökəlmənin səbəbi – Endokrinoloq açıqladı

22-05-2024, 07:04           
Az yeyib kökəlmənin səbəbi – Endokrinoloq açıqladı
Çox yeməyib getdikcə kökəlmənin səbəbi 2 endokrin pozulmadan ola bilər.
Endokrinoloq Xadişat Bopxoyeva orqanizmin gizli problemlərindən danışıb.
“ Günahkarlardan biri qalxanvari vəz, metobolizm pozulmasıdır.
Orqanizmdə yod defisiti hipoterioz yaradır, o isə bədəndə ödem, xroniki yorğunluq və metobolizmin zəifləməsinə səbəb olur.
Əgər prolaktin hormonu da yüksələrsə, artıq çəki, piylənmə qaçılmazdır.
Kökəlmə özü də prolaktinin artmasına səbəb olur. Prolaktin yuxusuzluq, stress, antidepressant zamanı da yüksəlir.
40 yaşdan sonra cinsi hormonların defisiti həm kişi həm qadınlarda artıq çəkiyə səbəb olur. Bu yaşdan sonra piy qarın və bel hissəyə yığılır. 45 yaşdan sonra bu yağı orqanizm ürək-damar sistemini təmin etmək üçün istifadə edir.
Amma bu piylənmə də norma həddində olmalıdır və bel çevrəsi 90 sm-i keçməməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.