Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib? - VİDEO

23-05-2024, 09:58           
Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib? - VİDEO
Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənməsinin təfərrüatı məlum olub.

Zəhərlənən, 1983-ci il təvəllüdlü Sevgül İsgəndərova və uşaqları Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Ananın və uşaqların vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıblar.

Uşaqların anası və nənəsi səsləndirilən iddiaların tamamilə yalan olduğunu bildiriblər.

"Gəldim ki, yerdə uzanıblar. Dərhal təcili tibbi yardıma zəng vurduq. Uşaqlardan biri autizmlidir", - deyə uşaqların nənəsi qeyd edib.

Qonşular da ananın öz övladlarını zəhərləməsi xəbərini təkzib ediblər.

Qeyd edək ki, ana və üç uşağın dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.