İsti havalarda xaşı bu şorba ilə əvəzləmək olar – Oynaq ağrılarını dayandırır

23-05-2024, 09:44           
İsti havalarda xaşı bu şorba ilə əvəzləmək olar –
Xaş tərkibindəki kollagenə və müxtəlif faydalarına görə bir çox insanın sevimli şorbasıdır. Lakin bəzi insanların zövqünə uyğun gəlmir. Həm də xaş soyuq havaların şorbasıdır, ağır olduğu üçün onu yaz-yay mövsümündə yemək məsləhət görülmür.

Odur ki, xaşın faydalarını yaz-yay aylarında da təmin edə biləcək xüsusi bir qidaya ehtiyac var. Mütəxəssislər bunun yaşıl mərcimək şorbası ola biləcəyini bildirirlər.

Belə ki, yaşıl mərcimək və sümük suyundan hazırlanan şorba xaşdan belə 10 dəfə çox kollagen ehtiva edir.
Medicina.az xəbər verir ki, zülalla zəngin yaşıl mərcimək və kollagenlə zəngin sümük bulyonunun birləşməsi bədənin ehtiyac duyduğu amin turşuları və zülalları tam təmin edir.

Toxumaların bərpasını və əzələ inkişafını dəstəkləyən sümük suyu və yaşıl mərcimək xüsusilə təbii dəmir, fol turşusu və B vitaminləri ilə zəngindir.

Bədənin ehtiyac duyduğu bir çox vitamin və mineralları ehtiva edən bu şorbanın tərkibində həzm sistemini tənzimləyən jelatin və qlisin kimi maddələr də var. Beləliklə, həzm problemlərinin qarşısını alır və bağırsaq sağlamlığını yaxşılaşdırır. Sağlam həzm sistemi həm də güclü immunitet deməkdir. Bununla yanaşı, immunitet sistemi üçün lazım olan amin turşuları və antioksidantlar da ehtiva edir.

Bu iki qidanın birləşməsi oynaqların sağlamlığını dəstəkləyir, ağrıları azaldır və sümükləri gücləndirir.

Təsirini görmək üçün həftədə ən az 2 gün istehlak etmək lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.