İran sənayesini dünyada kimlər xilas edir?

23-05-2024, 08:37           
İran sənayesini dünyada kimlər xilas edir?
Çin, həmçinin İran plastiklərinin (64% və ya 1,3 milyard dollar) və misin (58%, 446 milyon dollar) əsas alıcısı olub.
Çin, Türkiyə və Ermənistan İrandan sənaye üçün xammalın əsas alıcılarıdır. Onların aldıqları xammal ümumilikdə İranın metal, kimyəvi, karbohidrogen və plastik ixracatının, təxminən 90% -ni təşkil edir.
"RİA Novosti"nin BMT-nin "Comtrade" platformasının məlumatlarının təhlilindən bu qənaətə gəlmək olub.
Belə ki, 2023-cü ildə sənaye üçün İran xammalının əsas alıcısı 59% payla Çin olub. Ölkə İrandan, demək olar ki, yeganə filiz (bütün daşınmaların 97%-i və ya 1,4 milyard dollar) və üzvi kimyəvi maddələrin (94% və ya 699 milyon dollar) idxalçısı olub. Çin, həmçinin İran plastiklərinin (64% və ya 1,3 milyard dollar) və misin (58%, 446 milyon dollar) əsas alıcısı olub.
İrandan alüminium (69%) və sink (80%) tədarükünün yarıdan çoxu Türkiyənin payına düşür - Türkiyə şirkətləri ölkəyə 396 milyon dollar dəyərində birinci metal, 265 milyon dollarlıq ikinci metal idxal ediblər.
Eyni zamanda, Ermənistan İrandan karbohidrogenlərin əsas alıcısı olub - ötən il bütün tədarükün 54%-ni və ya 147 milyon dollar alış məbləğini Ermənistan təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru