300-ə yaxın "Boeing" TƏHLÜKƏ ALTINDA: hər an havada partlaya bilər
24-05-2024, 09:54
Yüzlərlə "Boeing" təyyarəsində səmada partlayışa səbəb ola biləcək problem aşkar edilib.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" (DM) məlumat yayıb.
Bildirilib ki, 300-ə yaxın təyyarə potensial risk altındadır, o cümlədən "United" və "American Airlines".
Nəşr vurğulayır ki, təyyarədəki problem "Boeing 777"dəki elektrik nasazlığı ilə bağlıdır, buna görə onların yanacaq çənləri yanıb partlaya bilər.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) rəsmiləri problemi 2024-cü ilin martında qeydə alıblar və həmçinin "Boeing"dən mayın 9-dək cavab verməsini istəyiblər.
FAA-nın məlumatına görə, şirkətin bütün təyyarələrindəki problemləri aradan qaldırmaq 698 min dollara başa gələcək.
Qeyd edək ki, bundan öncə, FAA Boeing 787 "Dreamliner" təyyarəsinin sınaqları zamanı sənədləri saxtalaşdırmaqda şübhəli bilinən “Boeing” təyyarə istehsalçısının əməkdaşlarına qarşı araşdırmaya başlayıb.