Azərbaycanda sosial mediaya ən çox pulu ONLAR XƏRCLƏYİB... - SİYAHI
24-05-2024, 09:41
Azərbaycanda sosial mediaya ən çox pulu ONLAR XƏRCLƏYİB... - SİYAHI Tarix: Bu gün, 09:02 | Çap et Azərbaycanda sosial mediaya ən çox pulu ONLAR XƏRCLƏYİB... “Meta” “Facebook”da hər bir səhifənin reklam üçün nə qədər xərc çəkdiyi coğrafi mövqeyinə görə öz əksini tapıb. Bu ictimai hesabat “Meta”-nın reklamda şəffaflığı artırmaq səylərinin bir parçasıdır. "Meta" şirkətinin hesabatına görə, 27.07.2022 və 18.05.2024-cü il tarixləri arasında Azərbaycandan sosial və siyasi mövzularla bağlı ən çox reklam verən səhifə “Caliber.az”dır. Bu müddət ərzində səhifədəki 1519 ədəd məlumatın istifadəçiyə daha çox görünməsi üçün 21.715 ABŞ dolları vəsait xərclənib. Hesabata görə, ikinci yerdə “Qarabağ Dirçəliş Fondu”dur. Fond son iki il ərzində “Facebook” sosial şəbəkəsində 681 ədəd kontent reklamı üçün ümumilikdə 16.078 dollar vəsait xərcləyib. Hesabatda üçüncü yeri isə “Real TV” tutur. “Real TV” 119 ədəd kontentin reklam olunması üçün 11744 dollar vəsait xərcləyib.