Saqqız və diş pastasının tərkibindəki maddə infarkt riskini artırır
10-06-2024, 17:08
Geniş istifadə olunan süni dadlandırıcı olan "ksilitol"nun infarkt və insult riskini artırdığı müəyyən edilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumat “European Heart Journal”da dərc olunan araşdırmada yer alıb.
Diabet xəstələrinin və ya arıqlamaq istəyənlərin istifadə etdiyi "ksilitol", saqqız və diş pastası kimi məhsullarda da var.
Araşdırmanı aparan qrup, ürək xəstəliyi riski olan və gecələr oruc tutan 3 mindən çox insanın qan nümunələrini yoxlayıb. İnsan və siçan üzərində təcrübə aparan tədqiqatçılar müəyyən ediblər ki, saqqız və diş pastası kimi bir çox məhsulda istifadə edilən "ksilitol" qanın laxtalanmasını sürətləndirir. Bu qan laxtaları infarkt, insult və hətta ölümlə nəticələnə bilər.
Alimlər həmçinin qeyd ediblər ki, "ksilitol" qəbul etdikdən sonra qanda qlükoza səviyyəsi min dəfə artır və 6 saat ərzində yüksək səviyyədə qalır.