Almaniyada ABŞ raketlərinin yerləşdirilməsinə Rusiya necə cavab verəcək?

19-07-2024, 17:44           
Almaniyada ABŞ raketlərinin yerləşdirilməsinə Rusiya necə cavab verəcək?
Rusiya Federasiyası xarici işlər nazirinin müavini deyib ki, həm Almaniyanın, həm də ilk növbədə NATO blokunun başında dayanan ABŞ-ın günahı üzündən silahlara nəzarət sahəsində razılaşmalar tamamilə məhv edilib.
Rusiya Almaniyada ABŞ-ın uzaqmənzilli raketlərinin yerləşdirilməsi ilə bağlı cavab tədbirləri hazırlayarkən mümkün olan ən geniş variantdan birini seçəcək, eyni zamanda nüvə silahı ilə təchiz olunmuş oxşar sistemlərin yerləşdirilməsini istisna etmir. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Rusiyanın Almaniyada ABŞ raketlərinin yerləşdirilməsinə reaksiyasının nüvə silahı ilə təchiz olunmuş oxşar sistemlərin yerləşdirilməsi ilə bağlı olub-olmayacağı sualına cavab verən Ryabkov, mən heç bir variantı istisna etmirəm deyib.
O qeyd edib ki, həm Almaniyanın, həm də ilk növbədə NATO blokunun başında dayanan ABŞ-ın günahı üzündən silahlara nəzarət sahəsində razılaşmalar tamamilə məhv edilib.
"Bu, heç kim üçün təhlükə deyil. Ruisyanın cavabı dəyişən çağırışlara cavab alqoritmi də daxil olmaqla, ən effektivi tapmaq üçün bir yoldur".
Ryabkov vurğulayıb ki, Kalininqrad vilayəti çoxdan rəqiblərimizin diqqətini cəlb edib.
"Rusiya Federasiyası istənilən digər regionu kimi,onun da təhlükəsizliyini təmin etməyə zəmanət verir. Bu regionda nə varsa, o zaman kompensasiya tədbirləri planında ən məqbul hesab etdiyimiz şəkildə reaksiya verəcəyik. Buna görə də, əgər Almaniya Federal Hökumətinin nümayəndələri bu regionda əlimizdə olanları bəhanə edərək hansısa eskalasiya tədbirlərinə başlamağı haqlı hesab edərlərsə, biz kompensasiya tədbirləri baxımından ən məqbul hesab etdiyimiz şəkildə reaksiya verəcəyik", - Ryabkov bildirib.
Almaniyanın müdafiə naziri Boris Pistorius "Rheinische Post" qəzetinə müsahibəsində Rusiyanın Kalininqrad vilayətində "İskəndər" operativ-taktiki raket sistemlərinin yerləşdirilməsinə cavab olaraq Almaniyada ABŞ raketləri və hipersəs silahlarının yerləşdirilməsinə çağırıb.
Bundan əvvəl Pentaqon bildirmişdi ki, 2026-cı ildə ABŞ Almaniyada artıq Avropada olan silahları əhəmiyyətli dərəcədə üstələyən uzunmənzilli zərbə sistemləri yerləşdirməyə başlayacaq. Söhbət xüsusilə SM-6, Tomahawk raketləri və "hipersonik silahlardan" gedir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.