"Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...

Bu gün, 11:18           
 "Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Ağdam rayonu, Çəmənli kənd sakini Həsənova Həcər Sabir qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, evi uçmaq üzrədir, İcra Hakimiyyəti kömək etmir:

“Mən, Həsənova Həcər Sabir qızı, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Hazırda çarəsiz durumdayam. Evim qəzalı vəziyyətdədir. 1992-ci ildə kərpicdən tikilmiş evdir. Evin üzəri ağaclarla bağlanılıb. İndi isə yuxarıdakı ağaclar çürüyüb.

Təmir etdirməyə imkanım yoxdur. 2 övladım var. Yoldaşım rəhmətə gedib.

Məsələ ilə bağlı Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova dəfələrlə müraciət etmişəm. Ağdam rayonunun tikinti işləri üzrə müdir vəzifəsində işləyən Əbduləli müəllim də evə baxış keçirib. Yararsız vəziyyətdə olduğunu deyib. Bizə kömək edəcəklərini bildirsələr də kömək etmirlər.

2016-cı ildə evimizin bərba olunacağı ilə əlaqədar xəbər aldıq. Vaqif bəy yenə sözünün üstündə durmadı.

Ev kərpicdən olduğu üçün uçur. Onu söküb yenidən bərpa etmək lazımdır. Evimi yenidən tikdirməyə mənim gücüm yoxdur. 2 uşaqla acınacaqlı vəziyyətdə yaşayıram. Havalar birazdan soyuyacaq...

Bütün səlahiyyətli qurumlardan kömək istəyirəm. Mən demirəm ki, mənə villa tiksinlər. Sadəcə, başımızı içinə sala biləcəyimiz bir evimiz olsun".














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru