İspaniya La Liqası: Azlıqda qalan "Real Madrid" Ardanın qolu ilə qələbə qazandı

Bu gün, 10:04           
İspaniya La Liqası: Azlıqda qalan "Real Madrid" Ardanın qolu ilə qələbə qazandı
İspaniya La Liqasında 4-cü turda "Real Sosyedad" "Real Madrid"i qəbul edib.

Moderator.az xəbər verir ki, San-Sebastyandakı "Real Arena" stadionundakı qarşılaşmada qonaqlar 1:2 hesabı ilə qalib gəliblər.

12-ci dəqiqədə fransalı hücumçu Kilian Mbappe "Real"ı hesabda irəli çıxarıb. 44-cü dəqiqədə türkiyəli yarımmüdafiəçi Arda Gülər ​​madridlilərin üstünlüyünü artırıb. Meydan sahiblərinin hücumçusu Mikel Oyarsabal isə 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək fərqi azaldıb.

Qeyd edək ki, "kral klubu" müdafiəçi Din Huysenin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra 32-ci dəqiqədən on nəfərlə oynayıb.

Hazırda paytaxt təmsilçisi 4 oyundan 12 xalla çempionatın lideridir. "Real Sosyedad" isə cəmi 2 xalla 17-cı sırada qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru