Bu il Türkiyədən Azərbaycana nə qədər pal-paltar idxal olunub?

Bu gün, 10:18           
Bu il Türkiyədən Azərbaycana nə qədər pal-paltar idxal olunub?
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 32,76 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,6 % azdır.

Təkcə avqustda Türkiyə Azərbaycana 6,166 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 12,1 % çoxdur.

8 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,5 % azalaraq 11,228 milyard ABŞ dollarına, avqustda isə 8,5 % azalaraq 1,526 milyard ABŞ dollarına enib. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru