“Yalandan deyirdilər ki, isveçli tatu ustası Ağasəlimin oğludur, mən 8 yaşından onun yanındayam...”-FOTO

Bu gün, 10:14           
“Yalandan deyirdilər ki, isveçli tatu ustası Ağasəlimin oğludur, mən 8 yaşından onun yanındayam...”-FOTO
“Dünyasını dəyişən sənətkarlar haqda yaxşı sözlər danışmaq lazımdır. Bəzən görürsən nəsə danışmaq istəyirlər, qırmaqlarını atırlar amma heç nə yoxdur danışmağa. Yalandan deyirdilər ki, guya İsveçli tatu ustası Ağasəlimin oğludur. Belə bir şey yoxdur. Mən 8-10 yaşından Ağasəlimin yanındayam. Mən bunu nə eşitmişəm, nə də görmüşəm. Mən sizə 40-45 ilin söhbətini edirəm. Bunlar boş-boş söhbətlərdir. Quru palçıq divara yapışmır”

Bunu Moderator.az-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov deyib. O daha sonra sağ ikən özünə məzar qazdırdığı üçün onu qınadıqlarını deyiblər:

“Hər kəs sağlığında öz ölümünü düşünməlidir. Bir çox insanlar var ki, sağlıqlarında özlərinə yer götürürlər, məzar qazdırırlar. Mən də gördüm ki, ata-anamın məzarının yanında yer var, oranı özüm üçün hazırladım. Bəzən olur da, kimsə rəhmətə gedir, qış ayı olur, su, palçıq olur, məzar qazımaq mümkün olmur. Ona görə məzar hazırdır, üstünü örtmüşük. Kəfənimi də almışam ki, sabah əziyyət çəkməsinlər. Bəzən deyirlər ki, “bəlkə çayda boğuldun, təyyarədə öldün?”. Həyatdır da. Heç nəyi bilmək olmur” deyə meyxanaçı bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru