Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar

30-07-2024, 12:34           
Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar
Yatmaq üçün ən uyğun vaxtda yuxuya getmək sağlamlığı qorumaq üçün vacibdir. Alimlərin fikrincə, yuxu üçün “qızıl saat” deyilən bir vaxt var.

Medicina.az xəbər verir ki, Avropa Kardiologiya Cəmiyyətinin nəşr etdiyi araşdırmaya görə, uzun illər sağlamlığı qorumaq üçün hər gün eyni vaxtda yatmaq lazımdır.
Altı il ərzində 80 000-dən çox insanı müşahidə edən elm adamları 12:00-da və ya daha sonra yatağa gedənlərin sağlamlıq problemlərinin daha çox olduğunu aşkarlayıblar. Gecə həyat tərzini seçən insanlarda ürək-damar xəstəliklərinə 25% daha çox rast gəlinir.

Eyni zamanda, çox erkən yatmamalısınız. Axşam saat 22:00-dan əvvəl yatağa gedənlərdə ürək və damar problemləri riski 12% artır.

Mütəxəssislər qeyd edirlər ki, yatmaq üçün ən yaxşı vaxt saat 22:00-23:00 arasıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.