Rusiya NATO-su”nun başına erməni gətirilir – Qarabağ müharibəsinin fitili çəkilir?

11-09-2016, 23:24           
Rusiya NATO-su”nun başına erməni gətirilir – Qarabağ müharibəsinin fitili çəkilir?
KTMT-nin yeni baş katibinin erməni olacağı xəbəri yayılıb; Ermənistan iqtidarında “Qarabağ klanı”nın öz mövqeyini möhkəmlətməsi və aprel rüsvayçılığına görə düşmənin revanş götürmək istəyi fonunda bu təxribatçı gediş kritik durum yarada bilər; Azərhaycanın müdafiə nazirindən təcavüzkarı qorxudan çevik reaksiya: “Ərazilərimizi qısa zamanda azad edəcəyik!..”

Blokada vəziyyəti nəticəsində gündən-günə taqətdən düşən və boşalmaqda olan işğalçı Ermənistanın rəhbərliyi Qarabağ məsələsində konstruktiv mövqe tutmaq əvəzinə, yeni təhlükəli oyunlara və planlara girişib. Rəsmi İrəvan dünyanın ondan çoxdan səbirsizliklə gözlədiyi güzəştlərə nəhayət, qol qoymaq əvəzinə, süni surətdə vaxt udmağa çalışır. Düşmən ölkədə iyul ayında polis postunun silahlı qrup tərəfindən tutulması şousundan az sonra indi də hökumətdə kadr dəyişiklikləri aparılmasına başlanması siyasi təhlilçilərdə ən əvvəl belə qənaəti yaradıb.

Bu arada bəlli olub ki, sentyabrın 14-də “Rusiya NATO”su kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katib seçiləcək. Haızrkı baş katib Nikolay Bordyujanın sözlərinə görə, onun xələfi Ermənistandan olacaq. Bəzi informasiyalara görə, həmin namizədin kimliyi ətrafında artıq qapalı müzakirələr də başlayıb.



Yada salaq ki, KTMT-nin başına erməni generalının gətirilməsi məsələsi bir neçə ay öncə də gündəmə gəlmişdi. Lakin bu təyinatın Türkiyə və Azərbaycanda haqlı qıcıq yaradacağı səbəbindən son anda həmin addımdan vaz keçilmişdi. İnid isə belə görünür, məsələ təzədən aktuallıq qazanıb. Ola bilsin, Moskva bununla son vaxtlar Qərbə sarı daha çox boylanan və anti-Rusiya ovqatı yaşanan forpost Ermənistanı özünə daha güclü bağlamaq niyyəti güdür. Axı, hər necə olmasa, baş katib erməni olsa da, “iplər” yenə Kremldə olacaq. Amma və lakin...

*****

Siyasi şərhçilər Nikolay Bordyujanın son zamanlar İrəvanı “su yolu”na döndərməsinə, Ermənistanın mövqeyini dəstəkləməsinə və zaman-zaman anti-Azərbaycan xarakterli açıqlamalar verməsinə də diqqət yönəldirlər. O sırada politoloq Elxan Şahinoğlu hesab edir ki, bununla belə, Bordyuja Rusiyanın təmsilçisidir və tam özfəaliyyətlə məşğul ola bilməzdi: “Yəni Kremlin istəyi əleyhinə Azərbaycanı hədəf götürə bilməzdi. Onun üçün müəyyən qırmızı cizgilər var idi. İndi isə baş katib erməni olacaq və aydındır ki, öz ölkəsinin maraqlarından çıxış edəcək. Baş katibi erməni olan KTMT-dən isə gələcəkdə istənilən təxribat gözləmək mümkündür”.


Politoloqa görə, yeganə ümid Azərbaycanın tərəfdaşları olan Belarus və Qazaxıstanadır. “Bu iki dövlət KTMT-nin üzvləri olaraq erməni baş katibi mümkün təxribatlardan çəkindirməlidir. Ermənistanın KTMT-dəki üzvlüyünün məqsədi digər üzv dövlətləri Azərbaycanla qarşı-qarşıya qoymaqdır. Ancaq hələ ki, özündən başqa digər üzv dövlətlər Azərbaycanla münasibətləri gərginləşdirmir, tam əksinə, aprel döyüşlərində qurum neytrallığını qorudu”, - deyə o vurğulayıb.

Ekspertin fikrincə, başqa cür ola da bilməzdi, çünki: “KTMT Ermənistanın təhlükəsizliyinə cavabdehdir, Azərbaycanın isə Ermənistana hücum etmək planı yoxdur, Dağlıq Qarabağ və ətraf rayonları azad etməyə çalışır. Dağlıq Qarabağ və ətraf rayonlar isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yurisdiksiyası xaricindədir. Ona görə də növbəti dəfə müharibə başlasa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı xilas edən deyil”.

*****

Xatırladaq ki, KTMT Akademiyasının mərkəzi ofisi İrəvandadır. O da maraqlıdır ki, bu xəbərlər fonunda Ermənistan hakimiyyətində “Qarabağ klanı” son günlər öz mövqeləini daha da gücləndirib. Bu klanın əsas odioz fiquru olan prezident Serj Sərkisyan yerli erməni olan baş nazir Ovik Abramyanı vəifəsindən azad edərək, onu qarabağlı Karen Karapetyanla əvəzləyib. Müdafiə naziri postuna isə qarabağlı Seyran Ohanyanın yerinə daha betəri - əsgəranlı başkəsən Balasanyanın gətirilməsi gözlənilir.

Bütün bu kadr dəyişiklikləri sözsüz ki, Ermənistanda 1998-ci ildə hakimiyyəti zorla ələ keçirmiş “Qarabağ klanının" ön öz mövqeyini gücləndirməsi ilə yanaşı, “müharibə partiyası”nın daha da ayaqlanması deməkdir. Söz düşmüşkən, iyul aylında polsi binasını ələ keçirən radikal silahlı müxalifətin əsas tələbi məhz rəsmi İrəvanın Qarabağ məsələsində barışmaz mövqe tutması və “milli hökumət” qurulması ilə bağlı idi. “Milli” deyəndə təbii ki, radikal mövqeli kadrlar nəzərdə tutulur.

Bütün bunların ardınca üstəgəl, KTMT-yə rəhbərlik də erməni generala həvalə edilsə, o zaman bu, Azərbaycanın qarşısına açıq-aşkar əlcək atılması anlamına gələcək. Odur ki, rəsmi Bakı qardaş Türkiyə ilə birgə vaxt itirmədən hərəkətə keçib regiona yaxşı heç nə vəd eləməyən bu potensial təhlükəni, lap dəqiqi, erməni təxribatını önləməlidir. Hər necə olmasa, Moskva Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər saxlamaqda maraqlıdır və Bakı və Ankaranın narahatlığını ciddiyə almaya bilməz.

*****

Bu xüsusda Azərbaycanın müdafiə naziri, general Zakir Həsənovun son bəyanatı da aprel döyüşlərindən sonra revanş xülyası ilıə yaşayan düşmən generaliteti və rəhbərliyi üçün soyuq duş effekti yadara bilər və xəbərdarlıq baxımından tamamilə yerinə düşür. Müdafiə naziri Qurban bayramı ilə bağlı Silahlı Qüvvələrin şəxsi heyətinə ünvanladığı təbrik məktubunda deyib: “Aprel döyüşləri ordumuzun döyüş ruhu və qabiliyyətinin, gücünün təsdiqi oldu. Torpaqlarımızın bir qismi işğaldan azad edildi. Ali Baş Komandan “Biz imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaransın” fikrini dəfələrlə vurğulayıb. Biz də prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları qısa müddətdə işğaldan azad etməliyik”.

Qeyd edək ki, müdafiə nazirimizin düşmənə xəbərdarlığı əks etdirən bu təbriki Ermənistandakı bəzi ünvanlara da çatıb və belə görünür, lazımi nəticə də artıq çıxarılıb. Çünki gələn informasiyalara görtə, bu təbrik məktubu Ermənistanda özünəməxsus təlaş yaradıb.

“Silahlı Qüvvələrimizə ünvanlanan Qurban bayramı təbriki və orada şəxsi heyətə çatdırılan arzu və istəklər belə artıq Ermənistan hakimiyyəti tərəfindən qorxu hissi ilə qarşılanır”. Bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistanın hərbi-siyasi rəhbərliyinin son dövrlər bəzi məsuliyyətsiz və əsassız çıxışları ilə bağlı AzərTAC-a deyib.

Aprel döyüşlərindən sonra təlaş içində olan Ermənistan siyasi rəhbərliyinin radikal addımlar atmaqla çıxış yolunu hakimiyyətdəki lazımsız “ballastlardan” qurtulmaqda axtardığını vurğulayan general daha sonra bildirib: “Əvvəlcə hərbi qurumlardan xeyli sayda yarıtmaz rəhbər heyətin qovulması, hətta bəzilərinə cinayət işlərinin açılması, sonra isə siyasi rəhbərlikdə “təmizləmə” əməliyyatına başlanılması Sərkisyan rejiminin istənilən yolla hakimiyyətdə qalmaq məqsədindən xəbər verir. Bu addımlara özlərinə lazım olan donu geyindirmək üçün isə Ermənistan hakimiyyəti xalqını Azərbaycan “təhlükəsi” ilə qorxudur. Məhz bu səbəbdən də Azərbaycan tərəfindən səsləndirilən istənilən bəyanatı rəsmi İrəvan öz hakimiyyətinə potensial təhlükə kimi görür. Belə olmasaydı, bayram təbrikinə belə, erməni tərəfi səksəkəli reaksiya verməzdi”.

Erməni xalqının, onun kriminal hərbi-siyasi rejiminin daim qorxu və vahimə içərisində yaşamaqdan qurtarmağın yeganə və ən düzgün yolu isə Azərbaycan torpaqlarının tezliklə işğaldan azad edilməsidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.