SOS: dəmir çənlərdən su içməyin – Video

13-09-2016, 09:42           
SOS: dəmir çənlərdən su içməyin – Video
İllərlə təmizlənməyən dəmir çənlər sağlamlıq üçün ciddi təhlükədir.

Dəmir çənlərdən istifadə edənlərin sayı ölkədə kifayət qədərdir. Xüsusi ilə bina evlərində qoyulan çənlərin əksəriyyəti ümumiyyətlə təmizlənmir.

Həkimlər isə bunun insan sağlamlığı üçün böyük təhlükə olduğunu deyir. "Xəzər xəbər"in məlumatına görə, belə sulardan istifadə, xüsusilə də uşaqlarda, imunitet sistemində dəyişikliyin yaranmasına və mədə-bağırsaq sisteminin pozulmasına gətirib çıxarır.

Mütəxəssislər vətəndaşlara çənin içərisində suyu bir gündən artıq saxlamamağı, eləcə də 15 gündən bir su çənlərini təmizləməyi tövsiyyə edirlər.
[media=https://www.youtube.com/watch?v=cr-24h_t-p8]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.