Çox sayda moped cərimə meydançasına aparıldı - BDYPİ-dən REAKSİYA
15-10-2024, 09:46
Nömrəsiz və sənədləri qaydasında olmayan mopedlərin cərimə meydançasından görüntüləri yayılıb.
Bu barədə kadrlar sosial şəbəkələrdə paylaşılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən mopedlər xüsusi mühafizə olunan duracaqlarda saxlanılır:
"Hazırda həmin duracaqlardakı mopedlər İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinin tələblərini pozan mopedlərdir. Bəziləri mopedləri sürücülük vəsiqəsi olmadan və ya spirtli içkinin təsiri altında normativ tələbləri pozaraq idarə edirlər. Bu hal kobud qayda pozuntusu hesab olunur, ona görə də, mopedlər dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılaraq xüsusi mühafizə olunan duracağa yerləşdirilir".
E.Hacıyev onu da vurğulayıb ki, sürücülərin idarə etdikləri mopedlərin mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bu tip nəqliyyat vasitələri mütləq şəkildə dövlət qeydiyyatından keçməli, onun daimi uçotu aparılmalıdır. Nəqliyyat vasitəsi qeydiyyatdan keçmədikdə və dövlət qeydiyyat nişanı vurulmadıqda moped duracağa aparılır.
Həmin görüntüləri təqdim edirik: