Nazirlik tərəfindən bataqlıq ərazidə tikilmiş binanın sakinləri ÇƏTİN VƏZİYYƏTDƏ
Dünən, 10:28

Zabratda yerləşən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilib istifadəyə verilmiş doqquzmərtəbəli, 81 mənzilli binanın lifti işləmir, girişində işıqlandırma sistemi yoxdur, tullantı suları da zirzəmiyə yığılır.
TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, mövcud vəziyyət səbəbindən üfunətdən nəinki binanın bloklarında, hətta həyətində də ayaq saxlamaq olmur.
Sakinlərin sözlərinə görə, liftin işləməməsinə səbəb zirzəmiyə axan sulardır. Çünki bu sular lifti elektrik enerjisi ilə təmin edən kabelləri zədələyib.
Sakinlər binadakı problemlərlə bağlı dəfələrlə aidiyyəti qurumlara da üz tutuduqlarını deyirlər.
Sabunçu rayonu, 73 saylı Mənzil İstismar İdarəsindən bildirilib ki, Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsindəki həmin yaşayış binası 2012-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bataqlıq ərazidə inşa edilib. İstismara verildiyi gündən binanın zirzəmisində qrunt suları mövcuddur. Bina mövcud vəziyyətdə 2014-ci ildən 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına verilib.
Problemin həlli ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə birgə ərazidən qrunt sularını kənarlaşdırmaq məqsədilə su nasosu yerləşdirilib. Hazırda da həmin nasos vasitəsilə su ərazidən kənarlaşdırılır. Liftlərin yenidən bərpası üçün də zirzəmidəki tullantı sularının səviyyəsini endirmək məqsədilə əraziyə iki nasosun gətirilməsi planlaşdırılır.
Ətraflı süjetdə: