Vizasız "viza" - Rusiyaya girmək üçün QR kodu tələb olunacaq

7-05-2025, 10:38           
Vizasız "viza" -
Xarici vətəndaşlardan Rusiyaya daxil olmaq üçün QR kodu tələb olunacaq.

İyunun 30-dan etibarən Rusiyaya vizasız daxil olmaq üçün “Gosuslugi RuID” vasitəsilə əvvəlcədən QR kodu əldə etmək lazım olacaq.

Rusiyaya səyahətdən ən azı 3 gün əvvəl qeydiyyat tələb olunur: məlumatlarınızı, marşrutunuzu, səfər məqsədinizi daxil etməli və sənədləri yükləməlisiniz. Xarici Xarici vətəndaş fövqəladə hallarda girişdən 4 saat əvvəl qeydiyyatdan keçməlidir.

QR kod 90 gün ərzində etibarlıdır. Lakin bu əcnəbinin RF ərazisinə mütləq girişinə zəmanət vermir. Bununla bağlı qərar hələ də sərhədçilərin ixtiyarındadır. Bundan əlavə xarici vətəndaş sərhədi keçən zaman həmçinin biometrik məlumatları təqdim etməlidir.

İstisnalar Belarus vətəndaşları, diplomatlar və 6 yaşa qədər uşaqlar üçündür.

Pilot rejim 2026-cı ilin iyun ayına qədər davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru