Naxçıvanda "asta qaçan namərddir" marafonunun növbəti iştirakçısının Muxtar Respublikanın Fövqəladə hallar naziri Şahin Mirzəyevin olacağı gözlənilir.
Dünən, 12:22
Əldə etdiyimiz məlumatlara görə, onun qaçış marafonuna qoşulması könüllülük əsasına söykənmir. Digər marafon iştirakçılarından fərqli olaraq, Şahin Mirzəyevi Azərbaycan FHN naziri Kəmaləddin Heydərov qaçırır. Yəni qaçmağa məcbur edir. İddialara görə, FHN naziri K. Heydərov öz kiçik həmkarını "canişin"in qanunsuz tapşırıqlarını yerinə yetirdiyinə görə sərəncama götürülüb. Heydərovun bu qərarı verməsi onun Naxçıvana son səfərindən sonraya təsadüf edir. İddialara inansaq, Şahin Mirzəyevin yaxın günlərdə vəzifəsi ilə vidalşacağı gözlənilir. Maraqlıdır ki, Kəmaləddin Heydərov Naxçıvana son səfəri zamanı Nax. MR FHN-in bir neçə vəzifəli şəxsini işdən qovub. Səbəbini isə bununla izah edib ki, Naxçıvan FHN son illərdə insanları incidən, qanunsuz yoxlamalar aparan və korrupsiyaya ilə məşğul olan bir quruma çevrilib. Qeyd olunur ki, Şahin Mirzəyev hazırda öz xidməti otağında belə otura bilmir, müavinin kabinetində komputer oyunları oynamaqla gününü sayır. Heydər Oğuz