Ukrayna üzrə danışıqlar Türkiyədə baş tuta bilər

7-05-2025, 11:14           
Ukrayna üzrə danışıqlar Türkiyədə baş tuta bilər
Türkiyə Ukraynada vəziyyətin tənzimlənməsi ilə bağlı danışıqların təşkili imkanını nəzərdən keçirir.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasından məlumat verilib.

Bildirilir ki, tərəflərin Türkiyəyə olan etimadı və bu ölkənin beynəlxalq diplomatiyada qazandığı təcrübə bu ehtimalı real edir.

“Hazırda konkret razılaşma yoxdur, lakin belə bir ehtimal mövcuddur”, – deyə mənbə vurğulayıb.

Mayın 5-də ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişənin həlli istiqamətində Rəcəb Tayyib Ərdoğanla birlikdə çalışmaq niyyətindədir.

Elə həmin gün Ərdoğan da Tramp ilə “telefon diplomatiyası” apardığını və Ukraynadakı münaqişənin həlli ilə bağlı onun baxışlarını dəstəklədiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru