Bir neçə saatlıq nazir FOTO

7-05-2025, 09:30           
Bir neçə saatlıq nazir FOTO
"Canişin" əfəndinin komandası deyəsən Ginnesin "Rekordlar" kitabına düşməyə qərar verib.
İddialara görə, Naxçıvan MR-ın yeni təyin olunan İqtisadiyyat naziri Kazım Hüseynəliyevin "darğalılığı" cəmi bir neçə saat sürüb. Bildirilir ki, adam təyinatdan sonra Naxçıvandan Bakıya qaçıb və "Mən onun naziri olmaq istəmirəm" deyib səsini başına atıb.
İddiaların nə qədər doğru olduğunu deyə bilmərəm. Amma fakt budur ki, Naxçıvanın bütün rəsmi media orqanları bu sabah təyinatla bağlı yazdıqları xəbərləri siliblər.
Bununla belə qəm yeməyə dəyməz. Kazım Hüseynəliyev müəllim bundan sonra rahatlıqla and içib "Mən də nazir olmuşam",- deyə bilər.
Heydər Oğuz













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru