"Qarabağ"ın ÇL-dəki taleyi Parisdə həll olunacaq: Niyə PSJ-yə azarkeşlik etməliyik?

Dünən, 11:36           
"Qarabağ"ın ÇL-dəki taleyi Parisdə həll olunacaq: Niyə PSJ-yə azarkeşlik etməliyik?
Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gələcək

Publika.az xəbər verir ki, Parisdə keçiriləcək qarşılaşmada PSJ "Arsenal"ı qəbul edəcək. Londonda keçirilən ilk görüşdə qələbə qazanmağa müvəffəq olan (1:0) Luis Enrikenin yetirmələri üstünlüyünü qorumağa çalışacaqlar. "Topçular" isə çətin səfər qarşılaşamasında 19 il sonra ÇL-in finalına yüksəlməyin yollarını axtaracaqlar.

Bu görüş həm də Azərbaycan çempionu "Qarabağ" üçün də önəmlidir. Növbəti mövsümdə də ölkəmizi Avropanın bir nömrəli klub turnirində təmsil edəcək Ağdam klubunun təsnifat mərhələsindəki start tarixi bu görüşün nəticəsindən asılıdır.

UEFA-nın ötən mövsümdən tətbiq etdiyi qaydaya əsasən, ÇL-in qalibi ölkə çempionatından da bu hüquqa yiyələnərsə, onun yerini seçmə iştirakçısı olan ən yüksək reytinqə malik çempion tutmalıdır. Bu, 2-ci təsnifat mərhələsindən başlamalı olan Yunanıstan təmsilçisi "Olimpiakos"dur.

Nəticədə birinci mərhələdən yüksək nəticə göstərən iki iştirakçı ikinci raunda yüksələcək. Bu komandalar isə Slovakiya çempionu “Slovan” və təmsilçimiz “Qarabağ”dır.

PSJ finala vəsiqə qazanarsa, Qurban Qurbanovun yetirmələrinin qeyd etdiyimiz kimi, ÇL-də mübarizəyə birinci deyil, ikinci təsnifat mərhələsindən başlayacağı rəsmiləşəcək. Əks halda isə ağdamlılar "Arsenal"ın İngiltərə Premyer Liqasından Çempionlar Liqasına vəsiqə verən yeri tutmasını gözləməli olacaqlar.

UEFA Çempionlar Liqasının mayın 31-də Berlində keçiriləcək finalının ilk iştirakçısı "İnter"dir. "Barselona"nı mübarizədən kənarlaşdıran (3:3, 4:3) Milan klubu da ölkəsindən Çempionlar Liqasına vəsiqəni təmin edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.