Hacıqabulda üç kənd təhlükədə: Yaşayış evlərini sel basıb VİDE;O

7-05-2025, 10:06           
Hacıqabulda üç kənd təhlükədə: Yaşayış evlərini sel basıb  VİDE;O
Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.

TEREF "Report"a istinadən xəbər verir ki, hazırda rayonda güclü yağışlar nəticəsində "Yeddipara" adlanan Udullu kənd ərazi vahidliyində sel yaşayış evlərini basıb.

Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.

Hazırda intensiv yağış yağır, sel davam edir. Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.

Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru