Lukoşenkodan slavyanlarla bağlı sərt mesaj: Orada bizə yer yoxdur

7-05-2025, 11:44           
Lukoşenkodan slavyanlarla bağlı sərt mesaj:
Qərbdə bir-birini əvəz edən elitalar elə bir gələcək qurmaq istəyirlər ki, orada nə slavyanlara, nə də digər “ari olmayan” xalqlara yer var.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı bildirib.

“Bu ideya əsasında bu gün də nasizm, şovinizm və irqçilik ideologiyası inkişaf etdirilir”, - deyə Lukaşenko qeyd edib.

Prezident əlavə edib ki, slavyanlara qarşı bu münasibət İkinci Dünya müharibəsinin başlamasından çox əvvəl formalaşıb:

“Bizə hökm hələ alman hücumundan əvvəl verilmişdi. Onun Belarus torpağında icrası isə dəhşətli 1132 gün davam etdi”, - Lukaşenko vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru