"Canişin" komandasının "asta qaçış marafonu"

7-05-2025, 10:31           
"Canişin" komandasının "asta qaçış marafonu"
Sən demə, Muxtar Respublikanın təzə İqtisadiyyat nazirinin “canişin” komandasından qaçması kiçik torpaqda başlayan asta qaçış marafonunun ilk nümunəsi deyilmiş. Bundan əvvəl Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Muxtar oğlu Kəngərli də başını götürüb Naxçıvandan üzüsulu qaçıb. Səbəb: qanunsuz işlərə cəlb olunmaq və “canişin” əfəndinin qeyri-qanuni tələblərini yerinə yetirmək istəməməsi.
Qeyd edək ki, Cavid Kəngərli 23 iyul 2024-cü il tarixində bu vəzifəyə təyin olunmuşdu. Onun nazirliyi sonuncu bir neçə saatlıq İqtisadiyyat nazirindən xeyli uzun çəkib. 20 fevral 2025-ci ildə öz ərizəsi ilə işdən çıxan Cavid əfəndi keçmiş kreslosunda cəmi 6 ay 27 gün otura bilib.
Heydər Oğuz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru