Bir neçə saatlıq nazir öz sinif yoldaşının güdazına gedib

7-05-2025, 09:41           
Bir neçə saatlıq nazir öz sinif yoldaşının güdazına gedib
Naxçıvanın təzə İqtisadiyyat naziri Kazım Hüseynəliyevin "asta qaçış marafonu"na qoşulmasının şok səbəbi bəlli oldu.
Əldə etdiyimiz məlumata görə, təyinatda bir balaca "səhvlik" olub. Kazım Hüseynəliyev əslində nazir əvəzi təyin olunmalı imiş. Amma Naxçıvanın Baş naziri Ceyhun Cəlilov onun sinif yoldaşı olduğundan uşaqlıq dostuna bir az güzəşt etmək istəyib və Kazım müəllimi birbaşa nazir vəzifəsinə təyin edib. Bu da paytaxtda sərt reaksiya ilə qarşılanıb. İddialara görə, Baş nazir yaxın günlərdə bu böyük "səhv"ini düzəldilərək onu həqiqi vəzifəsinə təyin edəcək. Yəni sabiq bir neçə saatlıq nazir yeni naziri əvəzi vəzifəsini icra etməyə başlayacaq.
Hər halda, gözləyək...
Heydər Oğuz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru