Totti Rusiyaya səfərini müdafiə edib

7-05-2025, 10:34           
Totti Rusiyaya səfərini müdafiə edib
İtaliya millisinin və “Roma” klubunun sabiq yarımmüdafiəçisi Françesko Totti Rusiyaya “Bukmeker Reytinqi” (RB) mükafatı tədbirində iştirak etmək üçün etdiyi səfərlə bağlı açıqlama verib.
İqtisadiyyat.az xəbər verir ki, onun sözlərini "Sport24" portalı yayıb.

Jurnalistlərdən biri Tottiyə Ukraynada gedən hərbi əməliyyatlar fonunda Rusiyaya getdiyinə görə irad bildirib. “Məni dəvət etdilər, mən də getdim. Bu, idman tədbiri idi və mən orada iştirak etdim. Bunda pis olan nədir? Niyə getməməli idim?” — deyə Totti cavab verib.

Qeyd edək ki, tədbir 8 aprel tarixində "İrina Viner" gimnastika sarayında baş tutub. Məqsəd idman sənayesinin, biznesin və medianın liderlərini bir araya gətirmək, idman və bukmeker sahəsində ən yaxşı şirkətləri müəyyənləşdirmək olub.

Totti bütün karyerası boyu “Roma”nın şərəfini qoruyub. Onun hesabında 619 oyunda 250 qol var. O, komanda ilə 9 dəfə İtaliya vitse-çempionu olub və bir dəfə çempion titulunu qazanıb. 2006-cı ildə dünya çempionu olan İtaliya yığmasının heyətində də yer alıb. Karyerasını 2017-ci ildə başa vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru