Şagirdlər daha bir testdən keçiriləcək? – Rezonans doğuran TƏKLİF

7-05-2025, 09:47           
 Şagirdlər daha bir testdən keçiriləcək? –
Sosial şəbəkələrdə məktəblərdə yuxarı sinif şagirdlərinin, həmçinin kollec və universitet tələbələrinin mütəmadi olaraq narkotik testlərindən keçirilməsi təklif edilir. Bunun qız və oğlanlar arasında fərq qoymadan tətbiq edilməsinin məqsədəuyğun olduğu deyilir. Bildirilir ki, son zamanlar yeniyetmələr arasında müşahidə olunan tendensiyalar narahatlıq yaradır.

Məktəblilər və tələbələr narkoloji testdən keçirilə bilərmi?

Globalinfo.az-a danışan sabiq təhsil naziri Firudin Cəlilov dünyada belə bir təcrübənin olmadığını deyib:

“Bu, uşaqların psixologiyasına pis təsir edə bilər. Məsələn, 100 şagird və ya tələbə arasında 2-3 nəfər narkotikdən istifadə edirsə, qalanları onlara görə şübhə altına düşmüş olur. Ona görə də təhsil ocaqlarında uşaqları narkoloji testdən keçirmək yanlış addımdır. Onlara psixoloji təsir göstərməkdənsə, narkotiki ölkəyə gətirənləri, satanları tapıb cəzalandırmaq lazımdır. Əgər bu, reallaşsa, uşaqlar özlərini alçalmış, cinayətkar kimi hiss edərlər”.

Digər sabiq təhsil naziri Misir Mərdanov heç vaxt təhsil ocaqlarında narkotik testinin keçirilmədiyini vurğulayıb:

“Məncə, bu, müsbət nəticə verməz, əksinə, ajiotaja səbəb olar. Profilaktik tədbirlərin görülməsi daha yaxşıdır. Bununla, məktəblərdə, kolleclərdə, universitetlərdə müvafiq halın mövcudluğunu, hansı səviyyədə olduğunu müəyyənləşdirsinlər. Daha sonra səbəbləri, mənbəyi araşdırılsın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru