Başqasına etibarnamə verənlərin nəzərinə - Başınıza iş aça bilərsiniz! - VİDEO
30-09-2016, 10:59
Avtomobilini əmisi oğluna sürmək üçün etibarnamə ilə verən şəxs başına iş açıb
Yol polisi bir neçə gün əvvəl avtomobilin əsl sahibini saxladıb ki, ödənməmiş cərimələrin var. Sürücü cərimələrin tarixinə baxarkən müəyyən edib ki, avtomobili 10 günlük etibarnamə ilə əmisi oğluna verən vaxt radara da məhz o, düşüb. Bəs qanunla cəriməni kim ödəməlidir?.
Afiq Məmmədov yol polisinə bildirib ki o, nizam-intizamla avtomobili idarə edir, heç bir qayda pozuntusu ola bilməz. Polis sürücünün özünün də iştrakı ilə avtomobilin dövlət nömrə nişanı ''bort-komputer''də yoxlayarkən sürət həddini aşdığına görə bir neçə radarı aşkar edilib. Afiq Məmmədov radarların tarixinə baxarkən müəyyən edib ki, həmin vaxt avtomobili o, idarə etməyib. Yəni qaydanı onun avtomobili ilə əmisi oğlu pozub. Zərərçəkmiş sürücü sürət həddinə görə radarların cəriməsini ödədikdən sonra avtomobilini müvəqqəti duracaqdan çıxarıb. Nəqliyyat eskperti Aqil Əsədovun sözlərinə görə, əslində zərərçəkmiş sürücü iddia qaldırıb, cərimələri əmisi oğluna ödətdirməli idi.
Bəs belə olduqda yol polisi ödənməmiş cəriməyə görə avtomobili cərimə meydançasına apara bilərmi?.
Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev də belə halla rastlaşan sürücünün məhkəməyə müraciət etməli olduğunu deyir. Məhkəmə etibarnəma ilə avtomobili idarə edib qayda pozan sürücüyə cəriməni ödəməsini məcbur edəcək. Əgər sürücü bundan da boyun qaçırarsa icra xidməti onun hansısa əmlakına həbs qoymaqla sürücülük hüququnu da məhdudlaşdıracaq.avtosfer./