Sürücülər nə qədər içki qəbul edə bilər? – VİDEO

1-10-2016, 05:48           
Sürücülər nə qədər içki qəbul edə bilər? – VİDEO
“500 milliqram pivəni içib, nəqliyyatı idarə etmək olar. Bunu mən bütün məsuliyyəti ilə deyirəm”.

teref.az ATV.az-a istinadən bildirir ki, təcrübəli narkoloq Nadir Rzayevin dediyi bu fikirlər əksər sürücüləri təəccübləndirəcək. Bütün hallarda spirtli içki qəbul edib avtomobil idarə etmək olmaz. Lakin bilməli olduğumuz məqamlar var. Alkotester aparatı ilə müayinə zamanı spirtin miqdarı 0,3 promili keçmirsə, həmin sürücüyə protokol tərtib edilə bilməz.

Narkoloq qeyd edir ki, bəzi energetik içkilərin də tərkibində 9 faizə qədər spirt var. Ona görə də, əksər hallarda 1 şüşə energetik içkinin spirt promili 0,3-ü keçir.

Reydlər zamanı onun yanına gətirilən sürücülər arasında vəzifəli şəxslərin də olduğunu deyən narkoloq, Alkotesterin bəzi sürücülərdə spirtin miqdarını müəyyən edə bilmədiyini bildirdi.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il fərmanına əsasən Alkotesterlə sürücünün yoxlanılması səlahiyyəti yol polisinə verilib. Lakin sürücü etiraz edərsə, həkim yoxlaması aparılır.
[media=https://www.youtube.com/watch?v=nCeCyaMCwJk]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.