Rusiyalı alimdən sensasiyalı kəşf: Böyük Qafqazın yerində əvvəllər tropik ada olub

Bu gün, 11:18           
Rusiyalı alimdən sensasiyalı kəşf: Böyük Qafqazın yerində əvvəllər tropik ada olub
Rusiyanın Cənub Federal Universitetinin Turizm, Xidmət və Kreativ İndustriya İnstitutunun dosenti Dmitri Ruban heyrətamiz bir kəşf edib. Onun fikrincə, dinozavrlar dövründə (Mezozoy erası) müasir Böyük Qafqazın yerində tropik dənizlərlə əhatə olunmuş qayalıq ada olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiyanın Təhsil və Elm Nazirliyindən xəbər verilib.

Araşdırmanın nəticələri nüfuzlu "Journal of Marine Science and Engineering" jurnalında dərc olunub.

Alimin məlumatına görə, bu əsrarəngiz ada Trias dövründən başlayaraq son Yura dövrünə qədər, yəni 50 milyon ildən çox mövcud olub. Bu müddət ərzində adanın konturları periodik olaraq dəyişib, lakin o, Qafqazın qədim ekosisteminin mühüm hissəsi olaraq qalmaqdadır.

Geoloqlar Mezozoy erasında Qafqazda ada torpaqlarının mövcudluğunu çoxdan ehtimal edirdilər, lakin bu adaların yeri, sayı və ölçüsü haqqında dəqiq məlumat yox idi. Dmitri Ruban təxminən bir əsr əvvəlki məlumatlara və az öyrənilmiş ərazilərdə aparılan yeni çöl tədqiqatlarına əsaslanaraq, yalnız qədim adanın mövcudluğunu sübut etməklə qalmayıb, həm də onun sahil xəttini izləməyi bacarıb.

Ada tropik Qafqaz dənizində yerləşib və güclü maqmatik süxurlardan - qranitoidlərdən ibarət olub. Onun qayalı sahilləri bitki örtüyü ilə örtülüb və ətrafdakı qayalarda hələ də bu örtüyün qalıqları mövcuddur. Adanın ölçüləri milyonlarla il ərzində dəyişib, gah kiçilib, gah da yenidən böyüyüb, bəzən hətta digər quru massivləri ilə birləşib.

Adanın Yura dövründə də mövcud olmasına baxmayaraq, ölçüsü kiçik olduğu üçün orada dinozavrların yaşaması ehtimalı azdır. Lakin pleziozavrlar və ixtiozavrlar kimi dəniz sürünənləri onun sahillərində üzmüş ola bilər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.