Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə

Dünən, 00:12           
Son 10 ildə romantik münasibətlər necə dəyişib? -
Amerikalı psixoloq Mark Trevers "Forbes" üçün yazdığı məqaləsində müasir tanışlıq prosesinin dörd əsas mərhələsini sadalayıb.

Qaynarinfo xəbər verir ki, o, bu fikirləri "Personal Relationships" jurnalında dərc olunan yeni araşdırmaya əsasən təqdim edib.

Tədqiqatın müəllifi olan alim Brayan Oqolski cəmiyyətin son onillikdə yaşadığı kəskin dəyişikliklərin - tanışlıq tətbiqlərinin yayılması, sosial şəbəkələrin təsiri, evlilik, öhdəlik və seksual münasibətlərə yanaşmanın dəyişməsi - görüşlərə təsir edib-etmədiyini öyrənməyə çalışıb.

Trevers qeyd edir: "Belə dəyişikliklər fonunda cavabın birmənalı şəkildə 'bəli' olacağını gözləmək olardı".

Lakin nəticələr göstərib ki, müasir romantik münasibətlərin inkişafının dörd əsas mərhələsi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə fərqlənmir.

Alimlərin müəyyən etdiyi bu mərhələlər bunlardır:

1. Flirt etmək (eşqbazlıq) - 2012-ci ildə olduğu kimi, 2022-ci ildə də romantik münasibətlərin ilk mərhələsi flirtdir. İnsanlar bir-birinə bağlanmazdan əvvəl müşahidə edirlər - kiçik siqnallara fikir verirlər və öz siqnallarını göndərirlər. Bu mərhələ yenilik deyil və heç bir alqoritm və ya interfeys onu tam əvəz edə bilməz.

2. Münasibət potensialının müəyyənləşdirilməsi - Bu mərhələdə romantik uyğunluq baxımından bir-birini öyrənmək önəmlidir. Təsadüfi tanışlıqlar və ani həzzlər bu gün daha əlçatan olsa da, insanlar hələ də bu yavaş və qiymətləndirici dövrə ehtiyac duyurlar.

3. Münasibətdə olma statusu - Üçüncü mərhələ on il əvvəl olduğu kimi bu gün də münasibətlərin rəsmi bir forma alması və qarşılıqlı qərarın verilməsi ilə xarakterizə olunur.

4. Öhdəlik və ya ayrılıq - Son mərhələ öhdəliklə bağlı böyük addımlar (birgə yaşamaq, nişan, evlilik) və ya münasibətin bitməsi arasında seçimlə bağlıdır. Son onillikdə cəmiyyətdə baş verən dəyişikliklər bu öhdəliklərin formasını dəyişmiş ola bilər, lakin ya gələcək qurmaq, ya da bundan imtina etmək zərurəti dəyişməz olaraq qalır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.