Süni dadlandırıcılar dad üstünlüklərini dəyişdirir

Dünən, 10:08           
Süni dadlandırıcılar dad üstünlüklərini dəyişdirir
Süni dadlandırıcıların orqanizmin dad üstünlüklərinə mənfi təsiri var. Foodinfo.az bildirir ki, dietoloq Dmitri Semiryadov bu barədə məlumat verib. Onun sözlərinə görə, süni dadlandırıcılar, şəkərdən qat-qat şirin olduqları üçün insanların dad qabiliyyətini dəyişdirə bilər.Semiryadov izah edib ki, uzun müddət belə dadlara öyrəşmək daha şirin qidalar istəyini artırır. Həkim əlavə edib ki, şirniyyata olan həvəs yalnız şəkər əvəzedicilərindən deyil, həm də stress, hormonal balanssızlıq və yuxusuzluq kimi faktorlarla bağlıdır. Orqanizm sadə karbohidratlarda sürətli enerji axtarır, amma bu asılılığın səbəbləri fərqində olmaya bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.