Aviabiletləri daha ucuz necə əldə etmək olar? - 8 effektiv yolu
Bu gün, 08:24

Təyyarə ilə səyahət həm vaxt baxımından qənaətli, həm də rahatlığı ilə fərqlənir. Uzaq məsafələri tez qət etmək imkanı ona üstünlük verilməsinə səbəb olur. Lakin münasib qiymətə bilet tapmaq və səyahət tarixini düzgün seçmək həmişə asan olmur. Yüksək qiymətlər planları dəyişməyə məcbur edə bilər. Ancaq doğru üsullarla daha ucuz və planlı səyahət mümkün ola bilər.
Valyuta.az münasib qiymətə təyyarə bileti tapmağın 8 üsulunu təqdim edir.
1. Axtarışlarınızı gizli rejimdə edin
Təkrarlanan axtarışlar zamanı brauzerlər çərəz məlumatlarını yadda saxlayır və bu məlumatlara əsasən bilet qiymətləri süni şəkildə artırıla bilər. Bunun qarşısını almaq üçün bilet axtarışlarınızı brauzerin "gizli rejim"ində aparmağınız tövsiyə olunur.
2. Təyyarə bileti axtarış sistemlərindən istifadə edin
Bir neçə hava yolu şirkətinin vebsaytına ayrı-ayrılıqda baxmaq əvəzinə, onların hamısını müqayisəli şəkildə təqdim edən arama sistemlərindən faydalanın. Bu platformalarda həm yerli, həm də aşağı büdcəli hava yollarının qiymətlərini eyni vaxtda görmək mümkündür.
3. Ən ucuz bilet alma saatı: bazar ertəsi 15:00
Aparılan araşdırmalara görə, bazar ertəsi saat 15:00 və 18:00 arası bilet qiymətləri nisbətən aşağı olur. Ən baha vaxt isə cümə günü saat 14:00 və gecə 00:00–04:00 arasıdır. Ona görə də bilet almaq üçün həftənin ilk gününü seçmək daha sərfəlidir.
4. Ən sərfəli uçuş günləri: çərşənbə axşamı, çərşənbə və şənbə
Pazartesi, cümə və bazar günləri uçuşlar daha baha olur. Əgər mümkün isə səyahətinizi çərşənbə axşamı, çərşənbə və ya şənbə günlərinə planlaşdırmaqla daha ucuz bilet əldə edə bilərsiniz. Bayram və tətil günlərində isə tətilin ilk günü yerinə bir neçə gün sonrasına bilet axtarışı aparmaq tövsiyə edilir.
5. Səyahət mövsümünü nəzərə alın
Yay mövsümü, bayramlar və xüsusi günlərdə bilet qiymətləri artır. Bundan əlavə, tələbatın yüksək olduğu turizm bölgələrinə olan uçuşlar və son dəqiqə alınan biletlər də qiymətlərin artmasına səbəb olur. Hava şəraiti və uçuş sayının məhdud olması da bəzi tarixlərdə qiymətləri daha da yüksəldə bilər.
6. Birbaşa yox, dolayı uçuşlara üstünlük verin
Birbaşa uçuşlar həm baha, həm də daha az seçim təklif edir. Aktarmalı uçuşlar isə daha sərfəli qiymətə başa gəlir. "Enuygun"un "Ağıllı aktarma" funksiyası ilə daha münasib variantlar tapmaq mümkündür.
7. Kampaniyalar üçün e-mail siyahılarına üzv olun
Hava yollarının və axtarış sistemlərinin mail siyahılarına qoşularaq kampaniyalardan vaxtında xəbərdar olmaq mümkündür. Günlük və ya həftəlik bildirişlərlə sərfəli bilet təkliflərini qaçırmamaq üçün mobil tətbiqlərdən də istifadə etmək tövsiyə olunur.
8. Gediş-dönüş əvəzinə tək tərəfli bilet axtarın
Bəzən eyni hava yolundan alınan dönüş bileti, gediş biletindən xeyli baha ola bilər. Bu səbəbdən ayrı-ayrılıqda tək tərəfli bilet axtarışları aparmaq daha sərfəli seçimlər təqdim edə bilər.
Sərvanə Rəmixanova