Yer kürəsinin sürətlənməsi insan fəaliyyəti ilə bağlı deyil– Alimlər əsas səbəbi açıqlayıblar

Bu gün, 17:44           
Yer kürəsinin sürətlənməsi insan fəaliyyəti ilə bağlı deyil– Alimlər əsas səbəbi açıqlayıblar
Son illərdə Yer kürəsinin fırlanma sürətində qeydə alınan artım alimləri təəccübləndirib. AzPost xəbər verir ki, Moskva Elektron və Riyaziyyat İnstitutunun (MIEM HSE) professoru Leonid Zotovun sözlərinə görə, bu sürətlənmənin arxasında dayanan əsas səbəblər təbii mənşəlidir və insan fəaliyyəti ilə əlaqəsi çox azdır.

Zotov qeyd edir ki, istər Çində Üç Dərə bəndi kimi iri su infrastruktur layihələri, istərsə də Yer səthində su ehtiyatlarının bölüşdürülməsi kimi insan təsirləri Yerin fırlanma dinamikasına nüvədə gedən təbii proseslər qədər təsir göstərmir. Planetin daxilində baş verən mürəkkəb hərəkətlər – xüsusilə nüvə prosesləri – fırlanma sürətinin əsas təyinedici faktorudur.

Alimlər son vaxtlar ilk dəfə olaraq “sıçrayış saniyəsi”nin əlavə olunması yox, çıxılması ehtimalını nəzərdən keçirməyə başlayıblar. Sıçrayış saniyələri 1972-ci ildən bəri Yerin fırlanmasındakı fərqləri kompensasiya etmək üçün beynəlxalq vaxt sisteminə daxil edilir. Sonuncu belə dəyişiklik 2016-cı ilin dekabrında baş verib.

Əvvəllər Yerin fırlanması tədricən zəifləyirdi, bu da günlərin bir qədər uzanmasına səbəb olurdu. Lakin indi tam əksinə, Yer daha sürətlə fırlanmağa başlayıb. Bəzi tədqiqatçılar bu dəyişikliyi qlobal istiləşmə və buzlaqların əriməsi ilə əlaqələndirsələr də, Zotov bu amillərin təsirini yetərli saymır.

Professor bildirir ki, buzlaqların əriməsi, Xəzər dənizinin dayazlaşması və okean səviyyəsindəki dəyişikliklər Yer kürəsinin kütlə paylanmasına müəyyən dərəcədə təsir göstərsə də, bu dəyişikliklərin fırlanma sürətinə ciddi təsiri yoxdur.

Hazırda alimlər bu sürətlənməni Yerin nüvəsindəki dəyişikliklərlə izah etməyə çalışır və bunun üçün seysmoloji məlumatlardan və kompüter modellərindən istifadə edirlər. Nəticə olaraq, bəşəriyyət Yer kürəsinin fırlanmasına nəzərəçarpacaq təsir göstərə bilməz, çünki bu proses daha çox planetin daxili dinamikasından qaynaqlanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.