Avtomobilin ömrünü qısaldan gündəlik vərdişlər - Sürücülər nələri etməməlidirlər?
Dünən, 16:45

Belə görünür ki, bu gün maşına qulluq etmək əvvəlkindən daha asandır: ehtiyat hissələr əlçatandır, internetdə minlərlə təlimat var, xidmət mərkəzləri isə hər yerdə var. Lakin hətta bu şəraitdə bir çox sürücülər gündəlik istifadədə avtomobillərinə necə zərər verdiklərini fərq etmədən, öz avtomobillərinin ömrünü qısaldırlar.
Bu barədə pravda.ru saytında dərc olunan məqalədə qeyd olunub.
Ekspertlər avtomobilin ömrünü ciddi şəkildə azaldan vərdişləri sadalayıblar.
Boş benzin çəni ilə sürmək
Benzin nasosu soyumaq üçün yanacağa ehtiyac duyur. Az benzinlə sürmək nasosun qızmasına, çöküntülərin sistemə düşərək filtrləri tıxamasına və nasazlıqlara səbəb olur.
Mufta pedalında ayaq saxlamaq
Xüsusilə tıxac və işıqforlarda bu vərdiş muftanın hissələrini köhnəldir. Müasir avtomobillərdə muftanın təmiri baha başa gəlir.
Bordürlərə dəyərək park etmək
Təkərlərin və disklərin yan hissələri zədələnir, mikroskopik çatlar uzunmüddətli təhlükə yaradır.
Əl əyləci əvəzinə yalnız "P" və ya hansısa ötürmədə saxlamaq
Avtomatik və mexaniki ötürmələr qutusu olan maşınlarda yalnız bu üsullarla maşını saxlamaq transmissiyanı yükləyir. Əl əyləci əlavə təhlükəsizlikdir.
Mühərriki çox və ya az qızdırmaq
Tam soyuq mühərriklə dərhal hərəkətə başlamaq da, uzun müddət boşda işlətmək də zərərlidir. Optimal olan: 30-60 saniyə sonra sakit tərzdə sürməkdir.