Tibdə İNANILMAZ kəşf: 61 növ toxumanı cavanlaşdıra bilən hüceyrələr yaradıldı

Bu gün, 09:16           
Tibdə İNANILMAZ kəşf: 61 növ toxumanı cavanlaşdıra bilən hüceyrələr yaradıldı
Çin Elmlər Akademiyasının alimləri yaşlanmaya davamlı mezenximal progenitor hüceyrələr yaradıblar. Təcrübə zamanı onlar insanların ən yaxın bioloji qohumları olan makakalarda yaşlanmanı yavaşlada biliblər.

Oxu.Az-ın xəbərinə görə, araşdırmanın nəticələri "Cell" jurnalında dərc olunub.

Yaşlandıqca, bədənin hüceyrə yenilənməsi mexanizmlərinin işləmə səmərəliliyi zəifləməyə başlayır: yeni hüceyrələr daha yavaş formalaşır, köhnələr isə orqanizmdən vaxtında xaric olmur. Bu, orqanların funksiyasının zəifləməsinə, iltihabın, maddələr mübadiləsinin pozulmasına və qocalmanın digər təzahürlərinin tədricən ortaya çıxmasına səbəb olur.

Progenitor hüceyrələr bu prosesə müdaxilə edə bilir. 44 həftə ərzində yaşı təxminən 60-70 insan yaşına uyğun gələn yaşlı makakalara hər iki həftədən bir həmin hüceyrələr vurulub. Nəticədə heyvanlarda heç bir əlavə təsir müşahidə olunmayıb: onların bədən temperaturu yüksəlməyib, iltihab yaranmayıb və bədən çəkisi azalmayıb.

Təcrübələr cavanlaşmanın orqanizmin 10 sisteminə və 61 toxuma növünə təsir etdiyini göstərib. Həmçinin, progenitor hüceyrələrin təsiri osteoporoz, fibroz əlamətlərini zəiflədib, iltihabın səviyyəsi azalıb, yaddaş yaxşılaşıb. Reproduktiv funksiya da həmçinin bərpa olunub: erkək makakalarda sperma istehsalı aktivləşib. Hüceyrə səviyyəsində alimlər DNT-nin güclənməsini, oksidləşdirici stressin azalmasını və zülal funksiyasının bərpasını qeyd ediblər.

Terapiyanın təhlükəsizliyi sübut edilib - heç bir meymunda şiş inkişaf etməyib. Müəlliflərin fikrincə, texnologiya insanlar üçün uyğunlaşdırılarsa, o, yaşlanma ilə bağlı xəstəliklərin gedişatını ləngidə, qocalıqda həyat keyfiyyətini yaxşılaşdıra və hətta reproduktiv funksiyaları bərpa edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru