Qəddafi: Bizim taleymizdən ibrət götürülməlidir - Qərbə inamın sonu

7-07-2015, 21:11           
Qəddafi: Bizim taleymizdən ibrət götürülməlidir - Qərbə inamın sonu
Heç bilirsiz özünü demokartiyanın beşiyi adlandıran ABŞ və Qərb ölkələrinə bel bağlayanlar sonda nə ilə üzləşiblər? Burada sizə Afrikanın, demək olar ən zəngin yaşayan xalqı, yəni Liviyanın başına gətirilən oyunu nümunə olaraq işarə edirik.

FaktXeber.com-un məlumatına görə, 1979-cu ildən ABŞ-la müəyyən ixtilafların yarandığına Qəzzafi təzyiqlərlə üzləşməyə başladı. Bu məsələ Liviyanın sülhməramlı nüvə texnologiyasına yiyələnmək üçün başladığı səylərdən sonra daha şiddətlənməyə doğru hərəkət etdi. İqtisadi sanksiyalar, siyasi təzyiqlər Qəzzafiyə baha başa gəlsə də dözməyə cəhd edirdi. Hətta arasıra ABŞ bu ölkəyə qarşı hava hücumları da həyata keçirirdi. Nəhayət, 11 senyabr hadisəsindən sonra ABŞ-ın Əfqanıstana daha sonra isə İraqa hücum etməsi Qəzzafini müəyyən qədər qorxuya saldı. Nəhayət 2003-cü ildə Tripoli ABŞ-la danışıqlar masasına oturmağa razılıq verdi.

Qəzzafi heç vaxt qəbul etmədiyi Lakerbi hadisəsini (ABŞ-ın naməlum şəxs tərəfindən səmada partladılan sərnişin təyyarəsi) nəhayət öz üzərinə götürmək məcburiyyətində qalaraq, ölənlərin ailələrinin hər birinə 10 milyon dollar ödədi. Amma iki ölkə arasında problemin bununla tamalanacağını düşünən Liviya rəhbəri çox keçmədi ki, daha kəskin tələblərlə üzləşdi. ABŞ nəinki təzyiqlərini azaltdı, əksinə geriyə addım atan Qəzzafini əməllicə sıxışdırdı.

Beynəlxalq hüquq çərçivəsində sülhməramlı nüvə fəaliyyətini genişləndirməyə çalışan Liviya Qərbin təzyiqləri altında bu hüquqdan vaz keçmək məcburiyyətində qaldı. Nəhayətdə bu hüquqdan məhruma vadar edilən rəsmi Tripoli, hətta nüvə qarşı tərəfin razı qalması üçün bütün nüvə avadanlıqlarını ABŞ-a göndərdi.

Ancaq təzyiqlər bitmək bilmirdi. Qəzzafini məcbur etdilər ki, 300 kilometrlik ballestik Skad raketlərini belə məhv etməlidir. Liviya rəhbəri ölkəsinin müdafiəsi üçün lazım olan və beynəlxaql normalara uyğun olan bu raketləri də məhv etdirdi ki, bəlkə Qərb razılaşa!

Amerikanın bütün tələblərini tam şəkildə yerinə yetirməsinə baxamayaraq, Qərb sanksiyaların ancaq bir qismini aradan qaldırdı. Yəni, tələblərin icrasından sonra bütün sanksiayalrın aradan qaldırılacağı ilə bağlı vədə əməl etmədi.

Ancaq Qəzzafini ikinci dəfə İngilislər daha namərdcəsinə aldatdılar. İngiltərə hökuməti 2006-cı ildə Liviya ilə hərbi və təhlükəsizlik sazişi imzaladı. Bu anlaşamaya görə, İngiltərə dövləti öhdəlik götürmüşdü ki, əgər Liviyaya qarşı hər hansı bir hücum həyata keçirlərsə, bu ölkə Liviyanı müdafiə edəcək. Bu anlaşma ilə Qəzzafidən bir çox imtiyazlar alan İngiltərə cəmi 5 il sonra ABŞ və NATO ilə birləşərək, Liviyanı bombardman etməyə başladı.

Qəzzafi bütün bu xəyanətlərdən sonra, son çıxışlarının birində dünya ölkələrinin, xüsusilə İran və Şimali Koreyanın ABŞ və Qərbin onların başlarına gətirdikləri oyunlardan ibrət almalarını vurğulamışdı.

Hazırda ABŞ İranla nüvə razılşamasının astanasındadır. 35 ildən artıqdır ki, İranı sanksiyalarla sıxan, Səddam vasitəsilə 8 il amansız müharibəyə sürükləyən ABŞ və Qərb bu danışıqları heç də kiminsə hüququna hörmət qoyaraq həqiqəti aydınlaşdırmaq üçün həyata keçirmir.

Bütün bunların arxasında Çin kimi ərsəyə gələn yeni güclərin ortaya çıxması, İrana daxili nüfuzu artırmaqla məqsədə çatmaq və bu kimi bir çox siyasi və geo-siyasi amillər durur ki, hazırda mövzuya geniş vaxt ayırmaq niyyətində deyilik.

Deməyim odur ki, İranın ABŞ-la nüvə sazişi müvəqqəti olaraq, iqtisadi baxımdan bu ölkənin xeyrinə olsa da, bəlli deyil ki, Qərb işlərini bir az səhmana saldıqdan sonra necə davrancaq. Çünki onların problemi İranın nüvə məsələsi yox, bu ölkənin müstəqil siyasət yürüdərək, günü-gündən güclənib inkişaf etməsidir. Qərb öz mənfəətinə çatmayınca, verdiyi xeyiri də zərbə vurmaq üçün hesablayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.