Netanyahunun üçüncü nikahı:Modi ilə "cənnətdə kəsilən kəbin"dən nə gözlənilir?

7-07-2017, 08:45           

Herb Keynon

“Jerusalem Post”



60 il əvvəl ilk qeyri-müsəlman dövlət kimi "Fələstin dövləti"ni tanımış Hindistanın baş naziri Narendra Modi baş nazir Benyamin Netanyahu ilə bir bəyanat imzaladı. Fələstin-İsrail diplomatik prosesinin qeyd olunduğu sənəddə iki dövlətli həll seçənəyinə istinad edilir.

İki liderin uzun müddətli iş görüşündən sonra imzalanan 21 maddəlik sənədin 20-ci bəndində diplomatik prosesə toxunulur.

"İki baş nazir İsrail-Fələstin sülhü ilə əlaqədar prosesləri müzakirə etdi", – deyə bəyanatda qeyd olunur. – Onlar regionda ədalətli və davamlı sülhün yaradılmasına ehtiyac olduğunu vurğuladılar. Qarşılıqlı tanınma və təhlükəsizlik tədbirlərinə əsaslanan tərəflər erkən razılaşdırılmış həllə dəstəklərini bir daha təsdiqlədilər".

49 saatlıq səfəri zamanı Modi Fələstin Muxtariyyətini ziyarət etməyəcək. İsrailə səfərin ilk gün yarımı Fələstin məsələsinə açıq-aşkar müraciət etmədən keçdi.

Bir yüksək səviyyəli Hindistan rəsmisi bununla bağlı bildirdi ki, ölkəsinin "meqafon diplomatiyası" ilə məşğul olmaq və ya digər ölkələrdə nə etməli olduğuna dair məruzələr oxumaq üslubu yoxdur. Digər ölkələrdən Hindistana gələn və Pakistanla münasibətləri necə qurmaq barədə danışan şəxsləri də hind rəsmilər çox sevmir.

Netanyahu ilə birlikdə təxminən dörd saat görüşdükdən sonra, geniş məsləhətçilər və nazirlər bir qrupu ilə birlikdə gəlmiş Modi, Hindistan və İsrailin "mürəkkəb coğrafiyalarda yaşadıqlarını" söylədi.

İsrail baş naziri ilə görüşdükdən sonra mətbuat nümayəndələrinə danışarkən, Modi deyib: "Biz regional sülh və sabitliyə strateji təhlükələrdən xəbərdarıq. Hindistan da terrorun yayıldığı şiddət və nifrətdən zərər çəkib. İsrail də belədir. Baş nazir Netanyahu və mən strateji maraqlarımızı qorumaq üçün bir araya gələrək, o cümlədən kiberhücumlar da daxil olmaqla, artan radikalizm və terrorla mübarizə aparmaq üçün əməkdaşlıq etmək qərarına gəldik".

Modi dedi ki, Netanyahu ilə bölgədəki vəziyyəti də müzakirə edib və "Hindistan bölgədə sülh, dialoq və çəkinmənin hökm sürəcəyinə ümid edir".

“Həm Modi və həm də biz terrorizm qüvvələrinə, dünyamızı, ölkələrimizi, ortaq sivilizasiyamızın sülh və sabitliyini pozmağa çalışan terror güclərinə etiraz edirik” – deyən Netanyahu əlavə etdi ki, "bu sahədə də əməkdaşlıq edəcəyik".

Ortaq bəyanatda terrorizm məsələsinə vurğu çox güclü idi və iki baş nazir "terror aktları üçün heç bir əsasın ola bilməyəcəyini” vurğuladı.

Liderlər bildirdilər ki, terrorçulara, terror təşkilatlarına, şəbəkələrinə və terrorçuluğun təşviq edilməsinə, dəstəklənməsinə və maliyyələşdirilməsinə və ya terrorçulara və terror qruplarına qarşı güclü tədbirlər görməlidirlər".

Modi, Moşe Holtzberqlə görüşməyi qərara aldı. 2008-ci ildə Mumbaydakı “Xabad Evi”nə terrorun hücumundan xilas olmuş gəncin ziyarəti əhəmiyyətli jest idi.

Netanyahu "Pisliyə qarşı mübarizəmiz və xeyirxahlığa bağlılığımızın ifadəsidir, – dedi. – Bu, yaxşılığı axtarmaq, yaxşılığı müdafiə etmək, yaxşılığa nail olmaq üçün bir ortaqlıqdır."

Hindistan və İsrail qüvvələri birləşdirərək, İsrail üçün strateji prioritet olan Afrikada birgə əməkdaşlığın vacibliyini bildirdilər.

Modi və Netanyahu mətbuata bəyanatlar verməzdən əvvəl, yeddi ikitərəfli razılaşma imzalandı. Bunlar arasında İsrailin Beynəlxalq İnkişaf Agentliyinin – Maşav Hindistan daxilində işlərini genişləndirməsi, 40 milyon dollarlıq birgə tədqiqat və inkişaf fondunun yaradılması, kosmik əməkdaşlıq və s. barədə sazişlər var.

Aydındır ki, texnoloji, kənd təsərrüfatı və müdafiə sahəsində əməkdaşlığın bütün vədlərinin həyata keçirilməsi üçün bir çərçivə lazımdır. Netanyahu və Modi "ayaqlarımızı yerə möhkəm vururuq" deyə müdafiə sahəsində əməkdaşlığı xüsusi vurğuladılar.

Həqiqətən son 25 ildə əlaqələrin əsas mühərriki müdafiə sahəsi olub. İsrail Hindistanın ən böyük silah təchizatçılarından biridir. Birgə bəyanatda da " ikitərəfli müdafiə sahəsində əməkdaşlığın əhəmiyyəti" bir daha təsdiqlənir.

Pekindəki danışdıqdan üç ay sonra, İsrailin Çin ilə olan əlaqəsini cənnətdə kəsilmiş nikah kimi səciyyələndirən Netanyahu, Hindistanla əlaqələr barədə də eyni sözləri dedi: "Bu gün Hindistan və İsrail dünyamızın dəyişdiyini və bəlkə də dünyanın dəyişən hissələrini dəyişdirdiyini hiss edir. Çünki bu, əməkdaşlıqdır, bu cənnətdə gerçək bir nikahdır, amma biz onu burada, yer üzündə tətbiq edirik".

Netanyahu əlavə edib: “Demək olar ki, 30 il bundan əvvəl Tel-Əvivdə bir hind restoranında gələcək xanımımla tanış oldum və onunla nikahdan iki gözəl uşaq dünyaya gəldi. Çünki restoranın yeməkləri dadlı idi".

Modi üçün şam ziyafətində baş nazir mövzunu davam etdirdi: "Dünən mən bu restoranın sahibi olan xanım Rina Puşkarnadan bu ziyafət üçün eyni yeməyi hazırlamağı xahiş etdim…”



Tərcümə: Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.