Minlərlə insanın iştirak etdiyi KÜTLƏVİ SEKS və meydana gələn DƏHŞƏTLƏR - FOTOLAR
12-07-2017, 13:00
SİFİLİS – Avropa insanının Puritanlıq dövrünə qədər olan xoşbəxt gedonizminə vurulan ən dəhşətli zərbə idi. Kimin ağlına gələrdi ki, öncə Kolumbun kruizi, ardınca da Neapolda minlərlə insanın iştirakı ilə keçirilən orgiya (kütləvi seks) acınacaqlı fəsadlar verə bilər? Bir gün dünya növbəti məhəbbət gecəsindən ayılıb, başa düşəcəkdi ki: seksdən ölmək də olar, yaxud daha pis, zombiyə çevrilmək də.
Publika.az insanlığın ən dəhşətli bəlalarından sayılan Sifilis xəstəliyinin tarixcəsi haqda oxucuları
məlumatlandırmağa qərar verib.
Tarixin ilk məzuniyyəti və Sifilis epidemiyası
1493-ci ildə Kolumb və onun dostları Karib sahillərilə gerçəkləşən ilk turlarından qayıtdılar və özləri ilə hədiyyələr gətirdilər: tütün, kokos, tropik meyvələr və SİFİLİS. Əlbəttə, Sifilis onların planlarında olmayan “hədiyyə” idi. O da istisna deyil ki, yerli hindular “zay məhsulu” çağırılmamış qonaqlara qəsdən dürtüşdürmüşdülər.
Səyahətdən qayıdan dənizçilər hələ də inanırdılar ki, “bir az qaşınacaq və keçəcək”. Dənizçilər və əsgərlər təsəvvür belə etmirdilər, onlar hansı bəla ilə üz-üzədirlər.
Kastilya doktoru Ray Dias de İslenin yazdığına görə, dünyada Sifilisli ilk pasient Vinsent Pinzon olub ki, o da Kolumb komandasının üç gəmisindən biri olan “Nin”in kapitanı idi... Kolumbla səyahətə çıxan bütün muzdlular təbii ki, fərqinə varmadan bu xəstəliyi yaymağa başlayırlar.
Fransa kralı VIII Karlın Neapol sərgüzəştləri
Fransa kralı VIII Karl 15 yaşlı Mariya Anjuyskaya ilə evlənmiş, həm onun ürəyini qazanmaq, həm də böyük istilaçı kimi şöhrət qazanmaq istəyirdi.
Kolumb və komandası ilk turundan qayıtdıqdan 1 il sonra 1494-cü ildə VIII Karl işgal etmək üçün Neapol krallığına yürüş təşkil edir. 30 min nəfərdən ibarət əsgərlə yanaşı, o, həm də fahişəliklə məşğul olan 800 qadını da özü ilə aparmağa qərar verir. Əsgərlərinin “qeydinə qalan” Əlahəzrət özü üçün də tam bir hərəmxana aparırdı. Baş sərkərdə kefindən qalmırdı və əsgərlərinə da yoluxucu nümunə olurdu.
Əvvəlcə hər şey əla gedirdi - Neapol Karlın ayaqlarına tez düşür və o, özünü Neopal və Yerusəlim krallıqlarının da kralı elan edir. 24 yaşlı sərkərdənin eqosu bir az da irəli gedərək özünə “Şərqin imperatoru” ləqəbini götürür. Kral və onun qoşunları bu möhtəşəm qələbə münasibətilə iki aylıq orgiya təşkil edirlər. Bu mənfur tədbirə İtaliyanın hər bir yanından minlərlə fahişə də qatılır. Belə bir şəraitdə hətta 1-2 sifilislə xəstələnmiş əsgər yaxud fahişə bəs edərdi ki, epidemiya kütləvi şəkildə yayılsın. Çox keçməmiş ordunun hər 3 döyüşçüsündən 1-i artıq virusa yoluxmuşdu.
Uğursuz kralın məğlubiyyəti və alçaldıcı ölümü
Bəxt fransızlardan geri döndü, ispanlar və italyanlar qüvvələrini birləşdirərək sifilisli əsgərləri geri, Fransaya qova bildilər. Məğlubiyyətə uğramış kral, bütün əsgərləri, eyni zamanda onlarla birlikdə muzdlu döyüşən şəxsləri sərbəst buraxır.
Beləliklə, “məhəbbət taunu” Avropanın bütün guşələrinə sel kimi axır. Epidemiya sunamisi elə güclü idi ki, cəmi on beş ilə Sifilis bütün Avrasiya və Şimali Afrikaya yayılır. 1512-ci ildə onunla hətta yaponlar da üzləşdilər. Hərçənd, bütün gücləri ilə dünyanın qalan hissəsindən özlərini təcrid edərək tam qorumağa çalışırdılar.
Volter ironiya ilə yazırdı: “Fransızlar İtaliyayaya öz sadəlövh yürüşləri ilə Genuya, Neapol və Sifilis qazandılar. Sonra Neapol və Genuya ağılsız kralın əlindən çıxdı, onlara qalan isə Sifilis oldu”.
Yeri gəlmişkən, kral VIII Karl İtaliyayadan qayıdandan az sonra sərkərdəyə xas olmayan sadə ölümlə dünyasını dəyişib: başı təsadüfən qapıya dəyir, komaya düşür və 9 saatdan sonra canını tapşırır.
Sifilis tarixin axarını dəyişdi
Sifilis bir növ dünyanın da axarını dəyişir. Sifilis sayəsində kilsənin parçalanması baş verir, protestantlar hakimiyyətə gəlir, Puritanlıq dini hərəkatının nümayəndələri düşünür ki, Allah pozğun həyat tərzinə görə insanlığı bu bəla ilə cəzalandırdı.
Sifilis ilk növbədə saçlara fəlakətli şəkildə təsir göstərir, məhz ona görə də, pariklər meydana çıxdı. Və o da təəccüblü deyil ki, bəşəriyyət prezervativ adlı daha bir gözəl ixtiranı fəal istifadə etməyə başladı. Virusdan burunların çürüməsi, məhv olması Avropada cərrahiyyəyə də təkan vermiş oldu. Əməliyyatla burunun bərpasına nail ola bilirdilər: bu zaman əl və yanaqlardan alınan dəri parçalarından istifadə edilirmiş, eyni zamanda da alından parça alınması texnikası təkmilləşdirilib.
O cümlədən, məhz Sifilis Niderlandın İspaniyadan ayrılaraq müstəqillik əldə etməsinə gətirib çıxardı. Xəstəlik antiispan təbliğatını gücləndirdi. Holland protestantlar deyirdilər ki, yoluxucu xəstəliyin mənbəyi katoliklərdir və onların azğınlıqlarından xilas olmaqla, həm də xəstəliyə qalib gəlmək olacaq.
Necə olursa-olsun, nə dini təbliğat, nə də qorxu dəhşətli xəstəliyə qalib gələ bildi. Adamlar sağa və sola, heç nəyə baxmayaraq yenə yollarından azırdılar. Bircə onu demək kifayətdir ki, Avropada İntibah dövründə ölümün əsas səbəbi məhz Sifilis olub. Kobud şəkildə desək, orta statistik avropalının Sifilisdən ölmək şansı daha çox idi, nəinki müharibələrdən, aclıqdan, digər xəstəliklərdən, ələlxüsus da qocalıqdan.
“Sifilis” sözünün mənası, ilk olaraq Ciralomo Frakastro (1483—1553) tərəfindən yazılmış “Sifilis və ya Qalliya xəstəliyi” poemasında verilib. Poema mifoloji süjetə malikdir. Əsərdə, yunanca Sifulus – donuz həvəskarı adlı sadə bir donuzçu tanrıya meydan oxuyur ki, yerdəki tanrılar Olimp tanrılarından daha üstündürlər. Və onları saymayaraq donuzla cinsi əlaqəyə girir. Göy tanrıları bunun üstündə onu ağır azara salırlar ki, bu azar da onun adı ilə Sifilis adlandırılıb.
Tarixçə hamının xoşuna gəlir və xəstəliyi “Sifilis” adlandırmağa başlayıblar. Halbuki buna qədər xəstəlik bir çox digər adlara məxsus idi: “Qara Şir”, “Kupidonun xəstəliyi”, “Zöhrəvi taun xəstəliyi”, şotlandlar isə ona daha sərt ad qoymuşdular – Qrandqor. Bu vahiməli ad xəstəliyə daha çox yaraşır, nəinki zərif SİFİLİS.