Müharibədə Obyektiv və subyektiv PSİXOLOJİ amillər.
29-07-2015, 12:43
"O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər." ( Ali-İmran surəsi, ayə 173.)
Bu kəlmələr döyüşcü və əsl hərbci anlayışına gözəl nümunədir.Bu insanın öz psixologiyası üzərində qələbəsi, qəlbinə cökmüş vahimənin məğlubiyyətidir.
Bəli insan övladı Allah tərəfindən yaradılanda ona hissiyyat orqanları və bunların funksiyaları bəxş edilmişdir. Bunlardan da biri vahimə,qorxu,narahatlıq,stress hissidir ki, bu hiss insanı ağrı şokundan da şiddətli hala salaraq ,bütün orqanlarını nəzarətdən cıxarar,insanı səhf yola,səhf hərəkətə-bunlardan da ağır olaraq ətrafdakıları da bu hissə yoluxdurə bilər.
Tariximizdə rastlaşdığımız müharibə yolları bu cür hissi naqisliklərlə doludur. Burada bir cox amillər var ki, bunlar da insanın bu hissi kecib-kecə bilməməsi ücün vacib amildir:
1-Şaiyələrə reaksiya: Bu zaman insan narkotik aludəcisi kimi təsir altına düşür.Döyüşcü zəif hazırlıqlı,psixoloji cəhətdən zəif,əks təsirə meyilli olur. Bilavasitə əmr və tapşırıqlara yox"qonşu səngərdən belə anqırdılar" kimi əsaslandırmaya daha meyillilik bu insanları öz hərəkətlərini idarə etməkdən mərhum edir. Əks qüvvəsi olanlar isə bu cür problemi sadəcə şaiyəyayana: Panika buraxma,rədd ol burdan -deyərək,həm öz icində baş qaldıran vahiməni öldürməyə nail olur,həm də bu qorxunc xəstəliyin yoluxmasının qarşısını alır.
2-Öz psixoloji durumuna qalxan axtaranlar: Bu tip döyüşcülər,əsasən bizim dildə desək"aradan cırmaq " istəyənlərd idi. Elmi dildə"döyüş meydanını tərk edənlər. Bu tip insanlar öz əməllərinə don geyindirmək ücün döyüşün qızğın cağında "bizimkiləri yuxarda qırdılar" deyib arxasına baxmadan döyüş gedən ərazini silahla tərk edir,üstəlik yolda köməyə gedənləri də psixoloji gərginliyə dücar edirdilər.
3-Yaralıyam məfhumu: Bu tip insanlar döyüşcülər arasında "samostrel" deyilən,elmi dildə isə ,döyüşdən yayınmaq ücün,öz bədəninə xəsarət yetirməklə "yaralı" obrazı yaradanlardır. Bu tip insanlar,bir cox vasitələrlə gözdən yayınaraq,yaxud döyüşün qızğın yerində özünə zəfərsiz yerinə güllə atmaqla,özlərini təxliyyə olunan etmək,və döyüşdən yayınmaq istəyənlərdir. Lakin gəlin baxaq.Bu insanlarda ikili psixoloji durum var. Öz bədəninə şiddətli ağrı verəcək əməli etməyə qüvvə tapırlar,lakin döyüşdə durmağa bu qüvvələri olmur.Paradoksdur deyilmi?.Başqa tərəfdən isə yenədə qurtulacağı müqabilində bu qüvvəni tapmağa vücudlarını məcbur etmiş olurlar.
4-Məqsədli psixoloji ajiotaj yaradanlar: Əsasən bu tip insanlar satqınlardır. Tapşırıq əsasında,yaxud döyüş zamanı özünün maddi maraqlarına və yaxud özünün tabe olduğu liderlərin tapşırığına əsasən.döyüşən orduda xaos yaradanlar. Məsələn döyüşün qızğın cağında yuxarıdan birinin arxasına od qoyulmuş eşşək kimi "Sağ cinahda olan kəndə ermənilər girdilər" kimi anqırması-əsasən qüvvələri səmərəli istifadə edən komandir ücün böyük cətinliyə gətirib cıxarır. Hamımıza məlumdur ki, döyüş apardığımız yaxın Vətən müharibəmizdə,əsasən hec birimizin arxada rezerv qüvvəmiz olmadığından.məcburən sol cınah,yaxud mərkəzi istiqamətdən döyüşcü ayıraraq sağ cinaha köməyə göndərməyə məcbur olurduq. Bu zaman isə döyüşcü sayını əskiltdiyimiz cinah zəifləyir və düşmən məhz ora soxulur. Nəticədə döyüş bir məqsədli satqının ucbatından uduzulurdu.
5-düşmənə işləyənlər: Bu tip insanlar artıq psixoloji xəstə yox,mənəviyyatı sarsılmış insanlardır. Mən bir necə vaxt bundan əvvəl Ələkrəm Hümbətovu tənqid edəndə-bir yuzer ona qahmar cıxaraq yazmışdı: Onu bu hökumət bu hala saldı. Bununla mən sözsüz ki razı deyiləm. Hökumətlər gələn-gedən və dəyişən bir obyektdir. Buna görə mənəviyyatın .insan özünüdərkin ucurumuna yuvarlanaraq ,düşmənə işləmək məncə nəinki özünü-bütün nəslini mənəvi məhfə məruz qoymaqdır. Bu haqda geniş danışmaq və yazmaq da istəmirəm.Əfsus ki belə faktlar bütün dünya savaş praktikasında olub-bundan sonra olmayacağına da təminat yoxdur. İnsanların anlam və psixoloji durumu individual olduğu kimi.
6-Ağlın olsaydı getməzdin: Bəli acı tariximizin ən acı sitatı. Bir cox Qazi və döyüşcülərin məmurlardan eşitdiyi təhdid. Bu da xəstə və sönmüş psixologiyanın təxəyyülüdür. İnsan mənsəbinə görə hec bir dövlət və hökumət qurumundan cəzalanmayacağına arxayın olaraq,müharibələri asan,oyuncaq,film kimi təsəvvür etdiyindən və dövlətin ona verdiyi mənsəbdən dədə malı kimi istifadə edərək-qarşısındakı qanuni haqqını tələb edənə-qanuna nifrət,hökumət və dövlətə hiddət doğdurmaq zorunda olandır. belələri yetərincədir. Bu insanlar artıq zombiləşmiş heyvanlar sürüsünə bənzərlər. Cəmiyyət ücün bunlar düşmənə işləyən cəsusdan belə təhlükəlidirlər. Onların zəhməti nəticəsində Hökumət və Dövlətdən incik düşən Qazi və döyüşcü-ailəsində patriot ruhlu evlad tərbiyə edə bilməz.
7-Gurruhcular: Bunlar xüsusi tip insanlardırlar ki,psixoloji durumlarını kökləməyi bacarırlar. Hər məclisdə,hər toplantıda özlərindən sou xarakterli cıxışlar edərək,ətrafdakıların onlara inanıb,onları QƏHRƏMAN gözündə görmələrindən sevinərlər. Bu insanlar zirehli texnikanın sıradan cıxarılmasını,düşməni sayaraq məhf edilməsini,minalı collərin kecilməsini necə cətin olduğunu bilmədən,özlərinin yetərli sayda zirehli texnika vurduğunu,dəqiq saylı düşmən piyadasını məhf etdiyini,minalı cölü asanlıqla kecdiklərini nağıl etməklə xoşhallanarlar.Vicdan nə olduğundan da xəbərsiz olarlar.Adətən belə sırtıqlar bu cür yalanlarla KİV lərdə cıxış edər, hansısa məqsədlərinə bu yalan yolu ilə catmağa müvəffəq olarlar.
Sonda Qazilərin psixoloji durumlarından yazmaq istədim. Yazmadım.Cünki buna nə mənim elmim.nə şəxsi baxış nöqtəm,nə də yaşım imkan vermədi. Düşündüm ki-bu haqda yazmaq ücün hələ belə elm yoxdur. Bəlkə olmayacaq da. Cünki bu insanlarda olan psixoloji durum müharibələrdə sınanıb.Döyüşlərdə təqiq olunub,Sonrakı illərin həyat sınağından kecib və kecməkdədir. Unikal bir Allah bəxşişidir bu. Allahı olmayanlar ANLAMAZ.
Abuzər Əbilov
ehtiyatda olan p/l