SSRİ rəssamlarının sərgisində Xruşovun partlatdığı “bomba” -“Sən homoseksualsan, sənin ananı....”
21-10-2017, 10:49
Sovetlər birliyinə rəhbərlik etdiyi dövrdə bir çox qalmaqallı hadisələrlə yadda qalan Nikita Xruşovun istənilən bir məsələ, hadisə ilə bağlı öz şəxsi mülahizələri olub. Təbii ki, dövlət başçısı üçün bu normal haldır. Ancaq elə məsələlər var ki, onlar haqqında fikir irəli sürəndə əvvəcədən müəyyən bir təhlil aparmaq, məsələnin mahiyyətini bir az dərindən öyrənmək və bilmək lazım gəlir. Elə Nikita Sergeyeviçlə bağlı qalmaqallı hadisələr də məhz onun məsələnin mahiyyətinin fərqinə varmadan, qarşı tərəfin fikirlərini nəzərə almadan öz dediyini yeritməsi olub.
Modern.az saytı Nikita Xruşovla bağlı qalmaqallı hadisələrin biri haqqında yazını təqdim edir.
Xruşovla bağlı səsli-küylü hadisələrdən biri də 1962-ci ilin dekabr ayında baş verib...
Xruşov Eliy Belyutinin studiyasında SSRİ Rəssamlar İttifaqının Moskva şöbəsinin rəssamlarının “Yeni reallıq” adlı sərgisinə dəvət olunur. Sərgidə abstrakt rəsm əsərləri yer alır. Ölkə başçısını böyük ehtiramla qarşılanır. Xruşov birinci zalda nümayiş olunan əsərlərə baxır. Bir neşə dəqiqədən sonra o iti addımlarla bir şəkilin qarşısından o biri şəkilin qarşısına keçir. Bu yerdəyişmələr zamanı Hikita Segeyeviçin üz cizgilərində qəzəb görünür.
İştirakçılar hiss edir ki, nə isə xoşagəlməz hadisə baş verəcək. Ancaq onlar öz fikirlərində yanılırlar. Xoşagəlməz hadisələr yox, sərgidə sanki bomba partlayır. Bu partlayış ana söyüşləri ilə başlayıb və insan şəxsiyyətini təhqir edən ən kəskin ifadələrlə bitir. Bununla Xruşov həm də öz mədəniyyətsizliyini və incəsənət sahəsindəki sözün əsl mənasında kütlüyünü nümayiş etdirir.
Onun sərgi salonundakı hərəkətləri Çaplini xatırladır. Gözlərini qız şəkili çəkilmiş portretə zilləyən Xruşov qışqırmağa başlayır:
- Bu nədir? Bu qızın bir gözü yoxdur? Bu lap narkomana bənzəyir. Kim çəkib bu şəkili???
Gənc rəssam Xruşova yaxınlaşır, izah vermək istəyəndə Nikita Sergeyeviç səsini bir az da qaldırır:
- Sən geysən, sən homoseksualsan, sənin ananı... bu nədir çəkmisən? Sənin vicdanın var? Sən şəkil çəkməyi bacarırsan, yoxsa yox? Mənim nəvəm səndən yaxşı şəkil çəkir.
Heç kimə danışmağa imkan verməyən Xruşov üzünü Eliy Belyutinə tutur:
- Belyutin, mən sənə xəbərdarlıq edirəm. Bu cızma-qaraları rədd edin. Belə yararsız və axmaq işlər sovet xalqına gərək deyil. Mən bunu sənə dövlət başçısı kimi deyirəm. Dövlətin pulunu bu yaramazlara xərcləmək cinayətdir. Bu özbaşınalığa son qoymaq lazımdır. Mən əmr edirəm. Mən belə cındır əsərlərin ortaya çıxmasını qadağan edirəm.
Xruşov növbəti rəsm əsrinin qarşısına keçir. Bu dəfə onun gözləri az qala hədəqəsindən çıxsın:
- İndi deyəcəksiniz ki, bu şəkildə siz Kremli çəkmisiniz. Bəli, mən inanıram ki, belə deyəcəksiniz. Çünki siz alçaqsınız, yaramazsınız. İndi sizə sual verirəm, siz Kremlin divarlarını yaxından görmüsünüz? Əlbəttə ki, hə. Bəs onda bu çəkdiyiniz nədir? Mən səbəbini bilirəm. Siz partiyamıza qarşı düşmənçilik mövqeyindəsiniz. Mənim bu haqda məlumatım var. Mənə deyiblər ki, Rəssamlar ittifaqının Moskva şöbəsində bir qrup homoseksual hoqqabazlıqla məşğuldurlar.
Sakitləşə bilməyən Xruşov ikinci mərtəbədə daha da əsəbiləşir:
- Təcili tədbir görmək lazımdır. Bu anlaşılmaz cızma-qaralarla kommunizmə getmək olmaz. Siz bu şəkillərinizlə sovet xalqının zövqünü zorlayırsınız. Partiyamız buna imkan verməyəcək. Belə şəkilləri gedin kapitalist ölkələrində nümayiş etdirin. Sizin ölkədən getməyinizə mən bir günün içərisində şərait yaradacağam. Orada kapitalistlər sizi başa düşərlər. Sovet xalqı sizi qəbul etməyəcək. Bizim siyasətimiz isə xalqın siyasətidir.
Xruşov daha bir əsərin qarşısında dayanaraq soruşur:
- Bu şəkili kim çəkib?
Gənc rəssam ona yaxınlaşıb sakit tərzdə cavab verir:
- Mən çəkmişəm, qardaşımın portretidir.
- Bu heç adama oxşamır.
- Belə əsərlərə biz başqa gözlə baxırıq, abstrak əsərlərə yanaşma tərzi fərqlidir.
- Eyib olsun sənə. Sənin atan-anan kimdir?
- Anam vəfat edib, atam təqaüdçüdür.
- Sənin ananın ölümü onun xöşbəxtliyidir. Belə şəkillərə baxmaqdansa, gözləri əbədi yummaq yaxşıdır. Sənin övladların var?
- Xeyr
- Nə vaxt kişi olsan, uşaqların da olacaq. Uşaqların böyüyüb atalarının çəkdiyi şəkillərə baxanda nə düşünəcək? Düşünəcək ki, kommunizm quruculağana atalarının töhfəsi budur?
Xruşov daha bir rəsm əsərinin qarşısında dayanır:
- “Gecə”... Əhsən, heç söz tapa bilmirəm. Hansı gecədən söhbət gedir. Bu gecə deyil, sadəcə bir qutu qara boya yaxmasıdır. Kimdir bunun müəllifi?
Rəssam ona yaxınlaşır. Xruşov istehza ilə ondan soruşur:
- Bilirsən sənin çəkdiyin şəkil nəyə yarayır?
Gənc rəssam susmağa üstünlük verir. Nikita Sergeyeviç suala özü cavab verir:
- Qəbizliyi olan adama dərman lazım deyil. Bu şəkilə baxsa, tualetə rahat gedə bilər. Bəli, çox sadə, şəkilə bax, tualetə get.
Xruşov sərgi salonunu tərk etməmişdən əvvəl son sözünü deyir:
- Nə çəkirsinizsə özünüz bilərsiniz. Ancaq hökumətdən bir qəpik də olsa, pul görməyəcəksiniz. Ən yaxşısı isə zir-zibilinizi götürüb xaricə getməyinizdir. Gedin, oradakı korlanmış insanları bir as da siz korlayın. Və əmr edirəm ki, bu gündən sizi ittifaqın üzvlüyündən xaric etsinlər.
Səhərisi gün ölkənin aparıcı mətbu orqanı olan “Pravda” qəzetində abstrakt təfəkkürürün əleyhinə başlanan kampaniyanın ilk böyük həcmli yazısı oxuculara təqdim olunur.
Xruşovun qəzəbinə tuş gələn, ölkə başçısından yağlı söyüşlər eşidən gənc istedadlı rəssamlar Eliy Belyutin, Boris Jutovski, Leonid Rabiçev, Vladimir Yankilevski isə gələcəkdə böyük yaradıcılıq uğurları qazanırlar…(modern.az)